Qarabağ Komitəsi yenə mitinq təyin etdi - QƏRAR

img

28-11-2018 [16:05]


Qarabağ Komitəsinin növbəti toplantısı keçirilib. 

Qurumdan Mia.az-a bildirilib ki, toplantıda öncə təşkilati məsələlərə baxılıb. Şaiq Süleymanov, Fikrət Cəfərlu, Aydın Canıyev, Nazim Quliyev, Rüfət Hacıbəyli və Cəfər Baxış yekdilliklə Qarabağ Komitəsinə üzv seçiliblər. İclasda digər gündəm məsələləri də müzakirə olunub.

İlham İsmayılın sədrliyi ilə keçirilən gərgin və ciddi müzakirələrdə Qarabağ Komitəsinin qarşıdakı müddət üçün fəaliyyət proqramı müzakirə olunub və müzakirələrdə Əvəz Zeynallı, Tural Abbaslı, Akif Nağı, Rövşən Məmmədli, Pənah Hüseyn, Əhəd Məmmədli, Mirmahmud Mirəlioğlu, Sahib Kərimli, Sahib Mirzəyev, Rəşid Əlibəyli və digərləri bu və ya digər məsələlər ətrafında fikirlərini bildiriblər.

Qarabağ Komitəsi 22 nəfər lehinə, 4 nəfər əleyhinə, 2 nəfər isə bitərəf olmaqla dekabrın 15-nə yenidən mitinq təyin edib.

Mitinqin Bakı şəhərindəki "Məhsul" stadionunda saat 15.00-17.00-da "Qarabağa azadlıq!", "İşğala son!" şüarları ilə keçirilməsi qərara alınıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA