Elmar Məmmədyarov ABŞ-ın tanınmış din xadimləri ilə görüşdü - Nələr müzakirə olunub?

img

27-11-2018 [19:14]


Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperı və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul edib.

XİN-dən Mia.az-a verilən məlumata görə, görüşdə Ravvin Abraham Kuper Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu bildirərək Azərbaycana yenidən səfər etməsindən məmnunluğunu ifadə edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanda tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verildiyini bildirərək tarixən müxtəlif dini icmaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin bir arada dinc şəraitdə yaşamasının bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda tolerantlıq və multikulturalizmin dövlət siyasəti səviyyəsinə yüksəldiyini, beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verildiyini vurğulayıb. Məhz bundan irəli gələrək ölkəmizin sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Öz növbəsində, Ravvin Abraham Kuper multikulturalizm sahəsində Azərbaycanın böyük nailiyyətlər qazandığını qeyd edərək ölkəmizdə dini və mənəvi dəyərlərin, mədəniyyətlərarası dialoq, həmçinin tolerantlıq ənənələrinə göstərilən hörməti yüksək qiymətləndirdiyini bildirib. Tərəflər Azərbaycanın bütün dünyaya dözümlülük, tolerantlıq və multikulturalizm modeli kimi nümunə olduğunu qeyd ediblər.

Görüş əsnasında dinlərarası münasibətlər, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA