Paşinyan Belarusla Azərbaycanın yaxınlaşmasından qorxuya düşdü: "Kimə bel bağlayaq?"

img

27-11-2018 [14:52]


"Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələri bir-birinə qarşı müttəfiqlik öhdəliklərini dəqiqləşdirməlidir".

TASS xəbər verir ki, bunu Vanadzor şəhərindəki mitinq iştirakçıları qarşısında Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

"Bildiyiniz kimi, son vaxtlar KTMT-də qızğın müzakirələr gedir. Bəli, bu müzakirələrin hədəfi üzv ölkələrin bir-birinə qarşı hansı öhdəliklər daşıdığına aydınlıq gətirməkdir. Biz kimə bel bağlayıb-bağlamayacağımızı, nəhayət, ayırd etməliyik”, –  o, vurğulayıb.

N.Paşinyan deyib ki, "Müqaviləyə əsasən Ermənistanın müttəfiqi sayılan bəzi ölkələrin bizə o qədər də dost olmayan qonşumuza silah satmaları bir qədər müəmmalıdır... Bu məsələni müttəfiqlərimizlə müzakirə etməyi səmimi qəlbdən istərdik”/Report

Xatırladaq ki, son vaxtlar Ermənistan iqtidarı Azərbaycanla Belarusun yüksələn strateji müttəfiqliyindən ciddi narahat olmağa başlayıb. Bu narahatlıq  Azərbaycan prezidentinin Minskə son səfərindən sonra pik həddə çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA