Zakir Həsənov yeni binanın açılışında - FOTO

Zakir Həsənov yeni binanın açılışında - FOTO

CƏMİYYƏT

23.11.2018, 16:32

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovvə nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilən Əsaslı tikinti şöbəsinin inzibati binasının açılışında iştirak ediblər.

Bu barədə Mia.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinə məlumat verilib ki, mərkəzləşdirilmiş istilik sistemi, elektrik və su xətləri ilə təchiz edilmiş bina nəzarət, layihə, maliyyə və texniki bölmələr üçün nəzərdə tutulmuş xidməti və digər otaqlardan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.

Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra müdafiə naziri hərbi qulluqçuların xidməti, sosial-məişət, mənzil istismar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR