“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

CƏMİYYƏT

22.11.2018, 17:27

 Ölkənin ən gənc mobil operatoru olan "Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edir. Hazırda "Nar” ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. 
Şirkətdən Mia.az-a verilən məlumata görə, aparılan şəbəkə işlərinin nəticəsi olaraq 45-dən çox bölgə mərkəzləri "Nar” 4G şəbəkəsi ilə əhatə olunub.
"Nar” il ərzində 680-dən çox 4G, 150-dan çox 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Təkmilləşdirmə işlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G baza stansiyalarının sayı 1600, 3G baza stansiyalarının sayı isə 2600-ü ötüb. 4G və 3G baza stansiyalarının sayını sürətlə artıran "Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir. 4G keyfiyyəti ilə yanaşı, "Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR