"Lider"də dəyişiklik - Xəbərlər departamentinin rəhbəri işdən ayrılıb

img

19-11-2018 [14:04]


Lider televiziyasının xəbərlər departamentinin rəhbəri Anar Şükürov işdən ayrılıb.

BakuPost-un əldə etdiyi məlumata görə, o, işdən öz ərizəsi ilə çıxıb.

A. Şükürovu hələ ki, TV-nin sosial redaksiyasının rəhbəri Aynur Vəliqızı əvəz edir.

Qeyd edək ki, Anar Şükürov Lider televiziyasının qocaman əməkdaşlarındandır. O, 18 ilə yaxın TV-nin xəbərlər departamentində çalışıb. Departament rəhbəri olmamışdan əvvəl əsasən kriminal sahəni işıqlandırıb. Ondan əvvəl departamentin rəhbəri tanınmış teleaparıcı İlham Abdulov idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA