Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibi təsdiqləndi - SİYAHI

Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibi təsdiqləndi -   SİYAHI

GÜNDƏM

06.11.2018, 18:39

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Mia.az bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 11 nəfərdən ibarət aşağıdakı tərkibi təsdiq edilib:
Kollegiyanın sədri
  Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
 Kollegiyanın üzvləri
 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinləri
 Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbəri
 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhəri üzrə 1 saylı Regional Bölməsinin rəisi
"Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Qida təhlükəsizliyi şöbəsinin müdiri
 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri
 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının İdxal və ixraca nəzarət şöbəsinin müdiri.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR