"120 kiloqram yığırsınızsa, deməli, nə qədər qazancınız olur?" - İlham Əliyevlə pambıqçıların maraqlı söhbəti
GÜNDƏM
05.11.2018, 23:29
Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olarkən yolüstü Ağcabədi rayonunun Hindarx qəsəbəsində Əsmər Hüseynovanın pambıq sahəsi ilə tanış olublar.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və pambıqçı Əsmər Hüseynova təsərrüfatda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdilər.
Dövlətimizin başçısı pambıqçılarla söhbət etdi.
Prezident İlham Əliyev:Salam, xoş gördük.
Pambıqçılar:Xoş gəlmisiniz.
Prezident İlham Əliyev:Burada yaxşı pambıq yetişdirmisiniz. Məhsuldarlıq yaxşı olmalıdır. Görün, bir qoza nə boydadır. 2016-cı ildə pambığın kiloqramının qiyməti 41 qəpik idi, qaldırdıq 50 qəpiyə. Bu il isə 65 qəpiyə qaldırmışıq. Bunu ona görə edirik ki, siz daha çox pul qazanasınız.
Pambıqçılar:Çox sağ olun, Allah Sizi qorusun.
Prezident İlham Əliyev:İndi pambıqçılıq sürətlə inkişaf edir. Bu il bu günədək 200 min ton pambıq tədarük olunub. Keçən il bu vaxt təxminən 160 min ton idi, bu il 200 min ton. Əgər yığım kampaniyamız belə davam etsə, deməli, təxminən 260 min ton pambıq tədarük ediləcək. Pambıqçılıqda 190 min insan işləyir, pul qazanır, həm öz ailə büdcəsini yaxşılaşdırır, həm də dövlətə xeyir verir.
Pambıqçılar:Bəli, Allah köməyiniz olsun. Sizin sayənizdə ailələrimizin yanında alnıaçıq, üzüağıq.
Prezident İlham Əliyev:İndi adambaşına orta hesabla nə qədər pambıq yığırsınız?
Pambıqçılar:Bir gündə hərəyə 110-120 kiloqram yığırıq.
Prezident İlham Əliyev:Bir gündə 120 kiloqram?
Pambıqçılar:Bəli, cənab Prezident, bir gündə.
Prezident İlham Əliyev:120 kiloqram yığırsınızsa, deməli, nə qədər qazancınız olur?
İcra hakimiyyətinin başçısı Şahin Məmmədov:İyirmi manatdan çox edir - 24 manat. Bir evdən tarlaya beş adam çıxırsa, hərəsi 100 kiloqram yığsa, axşam 100 manat pul aparır.
Prezident İlham Əliyev:100 manat, hər gün bir evə?
Pambıqçılar:Bəli, hər gün.
Prezident İlham Əliyev:Yaxşıdır.
Şahin Məmmədov:Keçən il bugünkü tarixə biz 15 min 783 ton pambıq yığmışdıq. Amma bu gün 20 min tona çatmışıq. Keçən ilin müvafiq dövründəkindən təqribən 5 min ton artıq təhvil vermişik.
Prezident İlham Əliyev:Sizdə əkin sahəsi 10 min hektardır. Əgər 20 min ton vermisinizsə, deməli, 20 sentneri siz artıq təmin etmisiniz.
Şahin Məmmədov:20,8 sentner vermişik.
Prezident İlham Əliyev:Amma yığım hələ davam edəcək.
Şahin Məmmədov:Bəli, biz bu günədək keçən il bütün mövsüm ərzində yığdığımızdan çox pambıq vermişik. Keçən il mövsüm ərzində 20 min 497 ton pambıq yığmışdıq.
Prezident İlham Əliyev:Bəs, ümumiyyətlə, rayon üzrə hektardan məhsuldarlıq nə qədər gözlənilir?
Şahin Məmmədov:Hektardan 27-28 sentner. Ötən il 21,5 sentner idi.
Prezident İlham Əliyev:27-28 sentner, çox gözəl, çox yaxşı. Texnika da var, görürəm, biz yüzlərlə texnika almışıq. Demək olar ki, burada ilboyu iş var.
Şahin Məmmədov:Bəli, ilboyu, şumdur, aratdır, maladır, sonra çiyidin səpilməsidir.
Prezident İlham Əliyev:Bəli, həm məşğulluq, həm də yaxşı qazanc.
Pambıqçılar:Bəli, cənab Prezident, qazancımız yaxşıdır.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Dövlətimizin başçısı məhsulun vaxtında və itkisiz toplanması ilə bağlı müvafiq tapşırıqlarını verdi.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Arif müəllim böyük sənətkar, böyük ustad idi"
Bugün, 09:13 MƏDƏNİYYƏT
-
Respublika Klinik Xəstəxanasında tibb bacıları kütləvi zəhərlənib? - TƏBİB xəbəri nə təsdiqləyib, nə də təkzib edir
Bugün, 09:09 CƏMİYYƏT
-
İsrail ABŞ-a tələb qoydu: “Qırıcılarını Təl-Əvivdən çıxar!”
Bugün, 09:00 DÜNYA
-
Konqresdən Trampa “şok zərbə” – “Müharibə səlahiyyətləri” məhdudlaşdırıldı
Bugün, 08:50 GÜNDƏM
-
DÇ-2026: Xorvatiya ilk 3 xalını qazandı, Kolumbiya isə növbəti tura vəsiqəni təmin etdi
Bugün, 08:37 İDMAN
-
İran parlamentinin sədri Bakıya gəldi - FOTOLAR
Bugün, 08:35 GÜNDƏM
-
Tramp: “MAQATE müfəttişləri İranda işə başlayacaq”
Bugün, 08:26 DÜNYA
-
Taliban hökuməti ilk dəfə Avropada – 5 nəfərlik heyətlə nələr müzakirə olunub?
Bugün, 00:43 DÜNYA
-
Meloni Trampla gərginlik arzulamır: “Mübahisəni böyütmək niyyətim yoxdur”
Bugün, 00:28 GÜNDƏM
-
ABŞ İran yığması ilə bağlı qərarını dəyişdi
Bugün, 00:13 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
Məleykə Abbaszadə: "Bu, ciddi yanaşma sayıla bilməz"
23.06.2026, 23:45 CƏMİYYƏT
-
CHP-li daha iki bələdiyyə sədri vəzifədən uzaqlaşdırıldı
23.06.2026, 23:33 DÜNYA
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın elədi
23.06.2026, 23:02 İDMAN
-
Bakı Dövlət Universitetində 42 yeni ixtisas açılır - SİYAHI
23.06.2026, 20:30 GÜNDƏM
-
Nazir Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfər edib
23.06.2026, 19:21 MƏDƏNİYYƏT
-
Putin: "Rusiya Ukrayna ilə danışıqlar masasına oturmağa hazırdır"
23.06.2026, 18:57 GÜNDƏM
-
Numan Kurtulmuş Azərbaycana gəlib
23.06.2026, 18:45 GÜNDƏM
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - PA rəsmilərinin qəbul günləri açıqlandı
23.06.2026, 18:37 GÜNDƏM
-
Lukas Torreyra: “Mauro İkardi "Qalatasaray"ın təklifinə “hə” deməlidir”
23.06.2026, 18:23 İDMAN
-
Deputat partiyadan istefa verdi: “Etirazım…”
23.06.2026, 18:14 SİYASƏT
-
Azercell və Samsung-dan yeni kampaniya!
23.06.2026, 18:00 İQTİSADİYYAT
-
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
23.06.2026, 18:00 GÜNDƏM
-
Özgür Özəl çağırış etdi, CHP qurultay tarixini verdi - "Komissiya yaradılıb"
23.06.2026, 17:47 SİYASƏT
-
“Kapital Bank”da kimlərə vəzifə verildi? - Təyinatlar
23.06.2026, 17:29 İQTİSADİYYAT
-
Türkiyədə silah anbarında partlayış olub - İki nəfər həlak olub
23.06.2026, 17:20 DÜNYA
-
Ukrayna ordusu Rusiyanın Krımla quru və dəniz əlaqəsini kəsdi: körpü, yanacaq çənləri, elektrik stansiyaları vurulub
23.06.2026, 17:16 GÜNDƏM
-
Tramp: “İran bu vəsaitə yalnız ərzaq və qisa məhsulları ala biləcək"
23.06.2026, 17:14 GÜNDƏM
-
Kamal Kılıçdaroğlu daha iki şəhər təşkilatı sədrini vəzifədən qovdu
23.06.2026, 17:02 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
23.06.2026, 17:00 İQTİSADİYYAT
-
"General Hospital"ın lisenziyası ləğv olunub
23.06.2026, 16:50 CƏMİYYƏT
-
Şamaxıda məktəb direktoruna hücum edən şəxs cinayət məsuliyyətinə cəlb olunub
23.06.2026, 16:37 KRİMİNAL
-
AAYDA-da yoxlama aparılıb
23.06.2026, 16:24 İQTİSADİYYAT
-
Eyyub Hüseynov: "Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına inanmayın"
23.06.2026, 16:15 İQTİSADİYYAT