"Tahir Kərimli həmin vaxt Ali Sovetin deputatı olaraq atributların qəbuluna səs verib” - Keçmiş spiker

\"Tahir Kərimli həmin vaxt Ali Sovetin deputatı olaraq atributların qəbuluna səs verib” -   Keçmiş spiker

SİYASƏT

03.11.2018, 19:40

1992-ci ildə Azərbaycan parlamentinin (o vaxtkı Ali Sovet) sədri olmuş, Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, tibb elmləri doktoru, professor Yaqub Məmmədov Moderator.az-a açıqlamasında dünən millət vəkili Tahir Kərimlinin himnimizlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Y.Məmmədov açıqlamasında bildirib ki, həmin vaxt dövlət atributlarının qəbulu zamanı buna səs verənlərdən biri də T.Kərimli olub:
"Himnimiz, bayraq və gerbimiz haqqında qanunlar parlamentdə qəbul olunub. Tahir Kərimli də həmin vaxt parlamentdə otururdu. Bizim vaxtımızda belə mübahisələr olmayıb. Bütün atributları o vaxt bərpa etdik. T.Kərimli də Ali Sovetin deputatı olaraq iclasda iştirak edib və özü də buna səs verib”.
Qeyd edək ki, Milli Məclisin dünən keçirilən iclasında deputat Tahir Kərimli dövlət himnimizin həcminin azaldılmasını təklif edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR