İrana qarşı sanksiyalardan yayınan ölkələrin sayı artır - Cənubi Koreya ABŞ-la razılaşmaq üzrədir

img

01-11-2018 [17:30]


Cənubi Koreya İrana qarşı sanksiyalardan yayınmaq barədə ABŞ-la razılaşmaq ərəfəsindədir.

"Bloomberg” xəbər verir ki, bu barədə Koreya hökumətindəki mənbə məlumat verib.

Məlumata görə, İran neftini idxal edən ölkələrin az qala hamısı güzəşt əldə etmək üçün ABŞ-la danışıqlar aparır. Bu ölkələrlə saziş şərtlərinin dəyişməsi ehtimalı qalır. Məsələn, Hindistandakı mənbələrə görə, bu ölkə də İran neftinin idxalını davam etmək üçün ABŞ-la xüsusi sazişin şərtlərini razılaşdırıb. Belə ki, İran neftinin haqqı sanksiya müddətində toxunulmaz qalacaq xüsusi ekskrou hesaba köçürüləcək.

Xatırladaq ki, ABŞ noyabrın 4-də İranın yanacaq-energetika kompleksinə və İran Mərkəzi Bankının əməliyyatlarına sanksiya tətbiq etməyi planlaşdırır. Daha əvvəl Ağ Ev bütün ölkələrdən İran neftinin idxalından əl çəkməyi tələb edirdi/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA