"İrana sanksiyalar mənzil satışı və kirayə bazarında qiymətləri artıracaq" - Ekspertdən operativ şərh

img

05-11-2018 [19:21]


"Bu gündən ABŞ-ın İrana qarşı sanksiyaları qüvvəyə minir. Bu sanksiyaların Azərbaycana təsirlərinin ictimai maraq doğuracağını nəzərə alaraq bəzi fikirlərimi bölüşmək istərdim".

Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu İrana qarşı tətbiq olunan sanksiyaların təsirlərinə münasibət bildirərkən deyib.

"Sanksiya Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisində çətinliklər yaradacaq. Azərbaycan üzərindən Rusiya İran ticari-investisiya münasibətlərinə mənfi təsir göstərəcək. Eləcə də İranla-Azərbaycan arasında rəsmi iqtisadi əlaqələr də zəifləyəcək. Lakin, bu sanksiya İran mənşəli sərmayələrin və köçürmələrin Azərbaycan üzərindən həyata keçirilməsini stimullaşdırmaqla, Azərbaycan iqtisadiyyatına müsbət impulslar verəcək. Xüsusilə də Azərbaycanın paytaxtı Bakı şəhərinin əmlak və kapital bazarına İrandan sərmayələr artacaq. Bu təbii ki, mənzil satışı və kirayə bazarında qiymətlərə artırıcı təsir göstərəcək, amma valyuta bazarında sabitləşdirici rol oynayacaq. Bununla yanaşı, Azərbaycanda İran mənşəli biznes fəaliyyətləri də genişlənəcək, bir sözlə İrandan "qaçan" kapital Azərbaycanda bazar axtaracaq".




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA