İcra başçısı dövlət qurumlarını, iş adamlarını, vətəndaşları narazı salıb - Süleyman Mikayılov hədəfdə
CƏMİYYƏT
26.10.2018, 10:41
Qaradağ rayonunda əhalinin narazılığı artır. Lakin icra başçısının fəaliyyətindən narazılıq təkcə əhali ilə kifayətlənmir.
Süleyman Mikayılovun fəaliyyətindən yerli sahibkarlar, o cümlədən bu rayonda yerləşən iri sənaye müəssisələrinin rəhbərləri də narazıdırlar. Hətta narazı sənayə rəhbərləri arasında böyük sement şirkətlərinin – Holcim və Norm şirkətlərinin də olduğu vurğulanır. Narazılığı yaradan əsas səbəblərdən biri Süleyman Mikayılovun onların problemlərinə yardımçı olmalarının əvəzinə, daha çox problem yaratması ilə əlaqədardır.
Qeyd edək ki, Qaradağ bir neçə ildir ki, Prezident Administrasiyasına ünvanlanan şikayətlərə görə lider rayonlar arasında yer alır. 2017-ci ildə də Qaradağ rayonunun adı ən çox şikayət gələn rayonlar sırasında hallanırdı. Bu fakt Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun "Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində də əksini tapmışdı. Mənbə bildirib ki, 2018-ci ildə şikayət tipli vətəndaş müraciətlərinin sayı nisbətən azalsa da bunu ciddi azalma faktı kimi qeydə almaq mümkün deyil. Üstəlik sahibkarların və iri sənəye müəssisələrin narazılıqları artmaqdadır və bu narazılıqlar daha qabarıq görünür.
Bundan başqa MilliYol-a daxil olan məlumatda Mədəniyyət Nazirliyinin və Turizm Agentliyin də Süleyman Mikayılovun fəaliyyətindən ciddi narazı qaldığı qeyd olunur. Söhbət Qobustan Milli Tarixi-Bədii Qoruğundan gedir. Qobustan Milli Tarixi-Bədii Qoruğuna göstərdiyi diqqətsizlik həm Mədəniyyət Nazirliyini və Turizm Agentliyini, həm də ölkə rəhbərliyini Mikayıl Süleymanovdan narazı salan səbəblərdən biridir. Dünyanın ən qədim insan məskənlərindən olan bu qoruqla bağlı hər şeyi Mədəniyyət Nazirliyindən və Heydər Əliyev Fondundan gözləyən Qaradağ İcra Hakimiyyətinin başçısı indiyə qədər qoruğun təbliği ilə bağlı hər hansı bir innovativ layihəyə imza atmayıb, sanballı bir təşəbbüslə çıxış etməyib. Qeyd edək ki, Qobustan qoruğu kimi unikal qədim insan məskənlərinin sayı dünya miqyasında çox azdır və ərazilərində belə mədəni abidələr olan ölkələr bu cür məkanlar hesabına həm dövlətlərini dünyaya tanıdır, həm də turistlər cəlb etməklə milyonlar qazanır. Süleyman Mikayılov üçün isə belə şeylərin önəmi yoxdur.
Amma buna baxmayaraq, Qaradağda fəaliyyət göstərən daş və kərpic karxanaları ilə mütamadi olaraq maraqlanır. Çünki Qaradağ karxanaları Süleyman Mikayılovun mütamadi gəlir mənbəyi hesab olunur. Belə ki, dəfələrlə mətbuatda da yazıldığı kimi Süleyman Mikayılovun daş karxanalarından hər ay "aylıq” yığıdığı iddia olunur. Bu barədə MilliYol-a danışan mənbə bildirib kii, Qaradağda çoxlu sayda qanunsuz karxana fəaliyyət göstərir. Bu karxanaların böyük qismi məhz Süleyman Mikayılovun "göz yumması” hesabına iri vergilərdən yayına bilirlər. Həmin karxanalar vergidən yayınmaqla yanaşı, eyni zamanda qanunsuz işçi də çalışdırırlar və Süleyman Mikayılov həm Vergi, həm də Əmək Məcəlləsinin hər gün Qaradağda pozulmasına şərait yaradır.
Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə isə Süleyman Mikayılov son zamanlar "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Ağalar Vəliyevlə çox yaxın münasibətlərdədir. Hətta ikilinin Qaradağda şərikli biznes qurduqları da söylənilr. Mənbə onu da qeyd edib ki, Süleyman Mikayılov "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədrini özü üçün ehtiyat "xilas kəməri” olaraq görür və buna görə də Ağalar Vəliyevlə münasibətlərini hər gün daha da genişləndirir. Qeyd edək ki, Ağalar Vəliyev bundan əvvəlki çağırışda Qaradağ rayonundan Milli Məclisə seçilmişdi. Hazırda isə Ağalar Vəliyevin Qaradağda karxanaları fəaliyyət göstərir.
Mənbə onu da vurğulayıb ki, Süleyman Mikayılov hamisinin "vurulma” ehtimalından təşvişə düşüb və buna görə də artıq özü üçün "ehtiyat qapı” olaraq Ağalar Vəliyevi görür...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dİgər xəbərlər
25.06.2026, 15:09
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
SON XƏBƏRLƏR
-
Zakir Həsənov generallara rütbələrini təqdim etdi - FOTOLAR
Bugün, 18:15 CƏMİYYƏT
-
Mədəniyyət kanalının rəhbəri dəyişdi - Yeni təyinat
Bugün, 18:04 PRESS
-
Xalq şairi Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib
Bugün, 16:14 MƏDƏNİYYƏT
-
Hindistanlı cütlük Şahdağda 3 gün 3 gecə toy edir - VİDEO
Bugün, 16:12 ŞOU-BİZNES
-
Bakı Dövlət Universitetinə prorektor təyin olunub - FOTO
Bugün, 15:19 CƏMİYYƏT
-
Ceyhun Sultanov yeni vəzifəyə təyin edildi
Bugün, 15:13 İDMAN
-
"Neftçi" klubu baş məşqçi ilə müqaviləni yeniləyib
Bugün, 13:21 İDMAN
-
Avropa Komissiyasının sədri Azərbaycana gəlir
Bugün, 12:48 GÜNDƏM
-
Azərbaycan nefti bir dollar bahalaşıb
Bugün, 11:02 İQTİSADİYYAT
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib
Bugün, 10:06 GÜNDƏM
-
Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilib - FOTO
Bugün, 10:05 GÜNDƏM
-
DÇ-2026: Türkiyə evə döndü, Paraqvay isə...
Bugün, 09:07 İDMAN
-
Tovuzda uşaq baxçasının müdirəsi iş otağında döyülüb
Bugün, 00:26 CƏMİYYƏT
-
Şahin Bağırov: "Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq"
Bugün, 00:23 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Bugün, 00:01 GÜNDƏM
-
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım - FOTO
25.06.2026, 23:01 GÜNDƏM
-
Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
25.06.2026, 22:43 İQTİSADİYYAT
-
TƏBİB-in yeni "media patron"u "seçilmiş jurnalistlər"lə görüşü niyə gizlətmək istəyib? - Zara İbrahimovanın izahı və jurnalistlərin rəyi... (FOTOLAR)
25.06.2026, 22:05 PRESS
-
Hörmüz boğazında yük gəmisi vurulub
25.06.2026, 21:54 DÜNYA
-
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı oldu
25.06.2026, 20:37 GÜNDƏM
-
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTOLAR
25.06.2026, 20:08 SİYASƏT
-
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və..." - Hikmət Hacıyev
25.06.2026, 19:05 SİYASƏT
-
Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" taktiki-uçuş təlimində - FOTOLAR
25.06.2026, 18:47 GÜNDƏM
-
Analitik Ekspertiza Mərkəzinə müdir təyinatı olub
25.06.2026, 18:01 CƏMİYYƏT
-
Sahibkarlıq subyektlərinə dəstək göstəriləcək - Baş nazirdən qərar
25.06.2026, 17:50 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ olub
25.06.2026, 17:49 GÜNDƏM
-
İstanbulun “göbəyi”ndə rus blogerə sataşdılar - "Gəl, bu gecə qonağım ol"
25.06.2026, 17:38 PRESS
-
Sabah bu yollar yürüşlərə görə müvəqqəti bağlanacaq - SİYAHI
25.06.2026, 17:34 CƏMİYYƏT
-
Ədliyyə naziri deputata qalib gəldi – Təzminat ödəniləcək
25.06.2026, 17:27 DÜNYA
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
25.06.2026, 17:16 GÜNDƏM
-
Elnur Məmmədov Avropa İttifaqının rəsmisi ilə görüşüb - AÇIQLAMA
25.06.2026, 17:09 SİYASƏT
-
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTOLAR
25.06.2026, 17:04 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
25.06.2026, 17:00 İQTİSADİYYAT