Maşınları ağacların altında saxlamayın - BŞİH-dən xəbərdarlıq

Maşınları ağacların altında saxlamayın - BŞİH-dən xəbərdarlıq

CƏMİYYƏT

25.10.2018, 22:06

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edib.

Mia.az-ın məlumatına görə, BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi İdarəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, sürücülər bir çox hallarda avtomobillərini məhz ağacların altında saxlayırlar:

"Bu isə küləkli havada çox təhlükəlidir. Qurum sürücülərdən xahiş edir ki, avtomobillərini ağacların altında park etməsinlər”.

Qeyd edək ki, ötən axşamdan bəri əsən güclü külək paytaxtın müxtəlif ünvanlarında 30-a yaxın ağacın aşması və budaqlarının sınması ilə nəticələnib. Sakinlərin müraciətləri əsasında həmin ərazilərə işçi qüvvəsi cəlb olunub, qırılmış budaqlar və aşmış ağaclar ərazidən götürülüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR