Abbas Abbasova daha bir vəzifə verildi

img

09-07-2013 [05:22]


Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiya Xalqları Assambleyasının bu gün keçirilən iclasında Assambleya Şurası sədrinin müavini seçilib. ?Qafqazinfo?nun Azerrosun rəsmi saytına istinadən verdiyi xəbərə görə, assambleyanın 6-cı qurultayında Rusiyanın 80 subyektindən təxminən 100-ə yaxın xalqın nümayəndəsi iştirak edib. Forumu Dağıstanın hazırkı rəhbəri Ramazan Abdulatipov açıb. Qurumun yaradıcısı və rəhbəri olmuş Abdulatipov eyni zamanda Assambleyanın fəxri sədri seçilib. Sonda Rusiya prezindeti Vladimir Putinin Rusiya Xalqları Assambleyasını 15 illiyi münasibətilə təbriki oxunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA