Şeyxdən dindarlara seçkilərlə bağlı xəbərdarlıq etdi

img

08-07-2013 [04:46]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə seçki ərəfəsində hər kəsi ehtiyatlı olmağa çağırıb. A.Paşazadə qeyd edib ki, qarşıdan prezident seçkiləri gəlir və Azərbaycana təsirlər artır: "Xüsusilə dindarlar bu məsələdə çox ehtiyatlı olmalıdırlar". Paşazadə bildirib ki, Azərbaycanda dini təriqətlər müxtəlifliyi var və onlar arasında çox yaxşı tolerantlıq mövcuddur: "Nəzərə alsaq ki, bu il ölkədə prezident seçkiləri ilidir, siz dindarlar bu məsələdə ehtiyatlı olmalısınız. Elə edin ki, seçkilər ərəfəsində bizim dindarlarımızdan sui-istifadə olunmasın". Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin payızda keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA