Bahar Muradova: ?Rüstəm ibrahimbəyov gənc, nazı bir insandır?

img

06-07-2013 [01:08]


?Təbii ki, bu bir yarışdır. Bu yarışda yalnız siyasi rəqabətə davamlılar duruş gətirib, sonda qalib gələ bilərlər. Son sözü isə Azərbaycan xalqı, vətəndaşları deyəcək?. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, Milli Məclisin Sədr müavini Bahar Muradovanın Rüstəm İbrahimbəyovun vahid namizədliyinə münasibət bildirərkən deyib. Milli Məclisin Sədr müavini deyib ki, kiminsə iddiası olduğu təqdirdə, qələbəsinin də olacağına dair fikir söyləməsi, eləcə də bəzi şəxslərin timsalında özünə inamın, öz imkanlarını düzgün dəyərləndirməsinin nəticəsi kimi qəbulu, bəzilərinin timsalında özündən müştəbehliyin, razılığın əlaməti kimi sayıla bilər: ?Hesab edirəm ki, Rüstəm İbrahimbəyovun timsalında ikinci variant daha mühüm rol oynayır. Bu insan ola bilər ki, yaxşı kinorejissordur və müəyyən yaradıcı şəxs kimi özünəməxsus imkanlara malikdir. Amma siyasətçi kimi bu, heç də belə deyil. O, siyasətçi kimi bu aləmdə hələ çox yenidir. Rüstəm İbrahimbəyov gənc, naşı bir insandır. Bu kimi insanların da istər Azərbaycanda, istərsə də digər ölkələrdə nəyə qadir olduqlarını baş verən hadisələr, şahidi olduğumuz faktlar sübut edir?. Bahar Muradova sözlərinə əlavə edib ki, Azərbaycan demokratik ölkədir. Burada peşəsindən, irqindən, dini, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkə qanunlarına uyğun şəkildə hər kəs öz iddiasını ortaya qoya, namizədliyini irəli sürə bilər. Eləcə də bir başqasının namizədliyini dəstəkləyə və öz münasibətini ifadə edə bilər: ?Təbii ki, bunun üçün də bütün şərait var. Bu kimi iddiaların ortada olması və bunun da açıq, şəffaf şəkildə hər kəsə çatdırılmasının özü demokratik mühitin çox vacib göstəricisidir. Bizim də nail olmaq istədiyimiz, məhz budur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA