Musa Musayevin anası: ?Onu heç vaxt bağızlamayacam?

img

25-04-2013 [11:17]


?Aprelin 22-də ANS televiziyasında qonaq olan Musa Musayevlə Təranə Qumralın mənim və ailəmin haqqında dediklərinə cavab vermək istəyirəm?. Mia.az xəbər verir ki, bu sözləri Vətəninfo.az-ın suallarını cavablandıran müğənni Musa Musayevin qardaşı Əli Musayev deyib. O, qardaşı və Təranə Qumralın ailələri haqqında yalan açıqlamalar verdiyini qeyd edib. Müsahibəni olduğu kimi təqdim edirik: [b]- Hər kəs Musa-Təranə cütlüyündən danışır. Qardaşınızın verdiyi açıqlamalar haqqında nə deyə bilərsiniz?[/b] - Musa ANS-ə mən və ailəm haqqında həqiqətə uyğun olmayan yalanlar söylədi. Musaya deyirəm ki, kaş o da Cabbar kimi qeyrətli oğul olaydı. Bizim nəsildə Cabbar kimi qeyrətli oğul yoxdur. Əmim bizim ağsaqqalımızdır,onun verdiyi tərbiyədən bəhrələnmişik və ona canımız qurbandır. Elə bir şey ola bilməz ki, Cabbar anasına baxmasın. Bu gülüncdür. Anam ya bizdə, ya da Cabbargildə qalır. Anamın müalicəsini Cabbar etdirir. Cabbarın çoz gözəl ailəsi var, qeyrətli həyat yoldaşı var., övladları ali təhsillidir. [b]- Təranə Qumralla münasibətiniz necədir?[/b] - Mən heç vaxt Təranə ilə üzləşməmişəm. Ancaq telefon əlaqəmiz olub. Münasibətimiz müsbət olub. Daima Musadan şikayət edib. Deyib ki, Musa bəzi borclara girir, bu pullar hara gedir? Açıqlama verib ki, maşını Əliyə mən almışam. Mən bir nəfərdən ?Mercedes? götürmüşdüm, Musanın borcuna görə geri qaytardım. Bunu Təranə xanım da bilir. Amma Təranə xanım mənə nə maşın alıb, nə də pul verib. Musa mənı nə paltar alıb, nə maşın alıb, nə pul verib.Özüm İmişli rayonunda mağaza müdiri işləmişəm.Musaya kömək etmişəm. Mənə borcu var, ona bağışlayıram. Çünki onun pulumu qaytarmağa imkanı yoxdur.Deyir Musa Əliyə 20 min pul verib. Əgər Təranə xanım Musanın cibinə 20-30 manat qoyursa, o mənə necə bu qədər pul verə bilər. Ola bilər ki, Musa mənim adımdan Təranədən pul alıb. Amma o pul mənə çatmayıb. Onlar 17 ildir evlidirlər. Biz onlarla maraqlanmırıq. Açıqlamaları Musa verir. Hiss edirəm ki, Musa xəstədir. Təranə xanım düz deyirdi. Mənim ona yazığım gəldi. Bütün günahlar mənim qardaşımdadır. [b]- Təranə Qumraldan heç bir narazılığınız yoxdur?[/b] - Mən heç vaxt Təranə ilə üz-üzə gəlməmişəm. Nə də Təranə xanım mənə nalayiq sözlər deyib. Qardaşıma deyir, sənin sənətin var, get ifa et, bəstəkarlıqla məşğul ol, alverçilik etmə. Amma Musa gedib biznes işləri ilə məşğul olur və həm özünə, həm də büdcəsinə ziyan vurur. - Sizin fikrinizcə, Musa Musayev niyə həyat yoldaşı haqda belə təhqiredici açıqlama verib? - Bunlar 17 ildir ki, birlikdə yaşayırlar, ən azından bir-birlərini başa düşməli idilər. Cabbar Musagilə getmir, mən də ildə bir dəfə, 6 aydan bir Musa ilə görüşmüşəm, söhbətləşmişəm. Musa Niyammədin müəllimin evini tanımır. Çox soyuq qohumluq əlaqəmiz var. -[b] Ananız bütün bu baş verənlərə nə deyir?[/b] - Anam haqqında dedikləri üçün Musanı heç vaxt bağışlamayacam. Anam da deyir ki, Musanı bağışlamayacam. Xalq unutmasın ki, Musa ?Təbrizim? mahnısının ifaçısı olub. Vətənpərvər olub, sevilən müğənnilərdən biridir. Ona nə olub bilmirəm. Hamı haqqında yalan açıqlamalar verib. Öz yoldaşı ilə açıqlamalar veriblər, bir-birlərini tənqid ediblər, barışıblar. Biz qarışmırıq. Amma razı olmaram ki, bizim haqqımızda səhv informasiya yaysınlar. Vətəninə layiq olan oğlan birinci anasının qədrini bilməlidir.Ananın qədrini bilmirsə, deməli ölkəyə layiq övlad deyil. Bu gündən sonra necə yaşayacaqlar bilmirəm

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib