Türkləri təhqir edən filmin nümayizi dayandırıldı; Türk aktyorlardan təqdirəlayiq addım

img

25-04-2013 [09:53]


252;hasirəsindən bəhs edən, 2 həftədə sadəcə 71 000 tamaşaçı tərəfindən izlənən ?11 sentyabr 1683? filminin nümayişi dayandırılıb. Müsəlmanlar və osmanlılar təhqir olunduğu üçün İtaliyada 130 kino-teatrda vizyona girən film tənqid hədəfi olmuşdu. Filmin gələn il serial formatında İtaliyanın dövlət telekanalı RAI-də nümayişi nəzərdə tutulsa da, tamaşaçı sayındakı uğursuzluq bu fikrin 2015-ci ilə qədər təxirə salınmasına səbəb olub. Qeyd edək ki, italyan rejissor Renso Martinellinin çəkdiyi tarixi və dini məzmunlu film, Vyana mühasirəsi vaxtı polyaklarla əməkdaşlıq edərək şəhərin işğal olunmasının qarşısını alan və daha sonra ?müqəddəslik? titulu əldə edən rahib Marko dAvinonun həyatından bəhs edir. Məlumata görə, rejissor Martinelli çəkiliş vaxtı türkiyəli aktyorlar Halil Ergin, Haluk Bilginer, Əhməd Mümtaz Taylan və Kənan İmirzalıoğluna filmdə rol təklif etsə də, türk sənət adamları bu təklifi qəbul etməmişdilər. 10 milyon dollara başa gələn, İtaliya və Polşanın müştərək hazırladığı filmin döyüş səhnələri Rumıniyada çəkilib. Filmin hazırlanmasında türk düşməni kimi tanınan ?Şimal İttifaqı?nın da dəstəyi olduğu bildirilib. Xatırladaq ki, IV Mehmet dövründə Merzifonlu Kara Mustafa paşanın rəhbərlik etdiyi Osmanlı ordusu 1683-cü ildə Vyananı mühasirəyə alsa da şəhərə girməyə müvəffəq ola bilməyib. Tarixçilər bu məğlubiyyəti Osmanlı imperiyasında çöküş dövrünün başlanğıcı kimi qiymətləndirir(ans-press).

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib