Xoşqədəm Hidayətqızı toyda döyüldü

img

18-04-2013 [02:46]


ATV telekanalının məşhur verilişlərindən sayılan "Səni axtarıram"ın yaradıcı heyəti Bakıdakı restoranların birində möhkəm döyülüb. 

MİA-nın aznews.az-a istinadən xəbər verir ki, bu arzuolunmaz hadisə "Səni axtarıram" verilişinin prodüsseri Fərhadın toy məclisində yaşanıb. 

Belə ki, sözügedən verilişin aparıcısı Xoşqədəm Hidayətqızı bəylə gəlinin toy günündə restoranının zalında "Səni axtarıram"ın mini formatını yaratmaq qərarına gəlib və bu gözlənilən nəticənin tamamilə əksini verib. 

"Ssenari"yə uyğun olaraq balaca bir qız səhnəyə çıxaraq, "Xoşqədəm xanım, atamı axtarıram, mənə kömək edin" deyə ağlaya-ağlaya Xöşqədəm Hidayətqızının üstünə atılıb. Bundan sonra "ağlama, sənin atanı tapmaq üçün axtarışlara başladıq belə, biz Fərhadı tapacağıq" deyə aparıcı ağlayan qızın başını sığallayıb. Amma bu sürpriz səhnə toy sahiblərinin heç də ürəyincə olmayıb. Belə bir xoş gündə yerinə düşməyən şit zarafatla barışa bilməyən gəlinin qohum-əqrabası əsəblərinə sahib ola bilməyib.

 Nəticədə qız tərəfi ilə "Səni axtarıram" ailəsinin arasındakı narazılıq əlbəyaxa dava ilə sonuclanıb. Xoşqadəm Hidayətqızının komandası möhkəmcə döyüldükdən sonra toyun reallaşdığı restorandan uzaqlaşdırılıb. Hətta baş verən insident zamanı X.Hidayətqızının ünvanına ağır ifadələrin işlədildiyi də bildirilir.

 Xoşqədəm Hidayətqızı və komandasının toyunda döyüldüyü iddia edilən prodüser danışdı. 

Toyu olan Fərhad bəy məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verib: "Bu həqiqətə uyğun olmayan xəbərdir. Toyda belə bir hadisə baş verməyib. "Səni axtarıram"ın kollektivi axıra qədər toyda iştirak edib və heç bir dava olmayıb. Bu xəbəri yayanları məhkəməyə verəcəyəm". 

 Fərhad onu da bildirib ki, toyda sözügedən zarafat olub və hər kəs də bunun zarafat olduğunu bilib. 

 *** 

"Səni axtarıram" verilişinin komandasının döyülməsi ilə bağlı xəbər yayılandan sonra verilişin aparıcısı Xoşqədəm Hidayətqızı "Qafqazinfo" ilə əlaqə saxlayıb. Saytımıza açıqlamasında teleaparıcı yayılan məlumatlar haqda danışmaq istəmədiyini deyib. X. Hidayətqızı mediada belə məlumatların yayılmasının əleyhinə olduğunu və həmçinin xəbərin birtərəfli yayılmasından narazılığını bildirib. Teleaparıcı yayılmış məlumatın həqiqətə uyğun olub-olmaması barədə heç nə deməib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib