Gənc pianoçular silsilə konsert proqramları ilə çıxız edirlər

img

17-04-2013 [05:18]


Məşhur azərbaycanlı pianoçu İslam Manafovun övladları, Beynəlxalq müsabiqələr laureatları, Abuzər və Turan Manafovlar aprel ayından etibarən Bakının bir-sıra musiqi məktəblərində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş fortepiano musiqisindən ibarət silsilə konsert proqramları ilə çıxış edirlər. Qardaş Türkiyə Respublikasında yaşayıb yaradan bu ailə musiqi ənənələrinə bağlılığı ilə seçilir və Orta Şərq və Avropada şöhrət tapmış İslam Manafovun yolunu övladları Abuzər və Turan layiqincə davam etdirirlər. Türkiyə Respublikasının Mimar Sinan Konservatoriyasının məzunları olan gənc pianoçu -ifaçılar Abuzər və Turan Manafovlar 2006-cı ildə "Onay Sanat Piano Musabiqəsi"ndə iştirak etmiş, Turan Başarı Mukafatlara, Abuzər isə 2-cilik mükafatına layiq görülmüşlər. 2009-cu ildə Bolqarıstanın Sofia şəhərinde kecirilən "Lubomir Pipkov Beynəlxalq Musiqi Musabiqəsi-Lyuba Entcheva Piano Musabiqəsi"ndə Turan Başarı Mukafatlara, Abuzər isə 4-cülük mükafatı götürmüşlər. Dünyanın məşhur pianoçu sənətkarlarından Vladimir Viardo, Oksana Yablonskaya, Vincenzo Balzani ve Myrthala Salazardan master-klass götürən Abuzər və Turan Manafovlar 2009-cu ildə Qəbələ Belnəlxalq Piano Musabiqəsinə qatılmış və böyük uğur qazanmışlar. Hazırkı zamanımıza qədər Azərbaycan və Türkiyənin bir çox şəhərlərində uğurla çıxış edən istedadlı virtuozlar Almaniyanın Hannover, Braunschweig ve Wolfenbuttel şəhərlərində konsertlər vermişlər. Bakı şəhərində silsilə konsert proqramları ilə çıxış edən istedadlı ifaçılar 6 saylı uçaq musiqi məktəbində Şopenin. Skryabinin, Listin əsərlərini yüksək professionallıqla ifa etmiş, musiqisevərlərin böyük sevincinə səbəb olmuşlar. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bu konsertlər aprelin sohuna kimi davam edəcəkdir. Abuzər və Turan Manafovlara sənət yolunda böyük uğurlar arzulayırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib