Musa Musayevin yataqda yaxalanan qadını danızdı; Qardazı isə Musanı qeyrətsiz sayır

img

15-04-2013 [05:11]


Bu gün mətbuatda böyük səs-küy doğuran müğənni Musa Musayevin açıqlamasına həyat yoldaşı Təranə Qumraldan cavab gəlib. Mia.az bildirir ki, Axşam.az saytına danışan Təranə şok etiraf edib. O, M.Musayevdən üç ildir ki, ayrıldığını söyləyib. ?Amma bütün efirlərə birlikdə gedirdik. İstəmirdik ki, şəxsi söhbətlər işimizə təsir etsin. Buna görə də gizlədirdik. Musanın dedikləri hamısı yalandır. Bu xəbərə kim bu cür don geyindirib bilmirəm. Amma mən günahsızam. Şəxsi həyatımı qabartmaq istəmirəm. Üç ildir ki, azad qadınam? ? deyə T.Qumral bildirib. Tanınmış bəstəkar Cabbar Musayev qardaşı Musa Musayevin Təranə Qumraldan ayrılması xəbərinə Publika.Az vasitəsi ilə münasibət bildirib. ?Biz nəsillikcə Musanı qohumluqdan çıxarmışıq, o nəinki nəslimizin adına, doğulduğu İmişlinin adına ləkədir. Vaxtında ona anam da, əmim Niyaməddin də, mən də dedik ki, o qadından əl çək. Amma bizi eşitmədi, dedi ki, iki dünya bir ola ondan ayrılmayacağam. İndi ölüb yerə girsin. Mən onu qardaşlıqdan çıxarmışam. Bütün nəsil o adda adam tanımır. O qadının Musanın başına gətirdiyi oyunları bilsəniz, tükünüz başınızda biz-biz olar. Musanın bütün var-dövlətini yedi, qazancı hesabına özünə nələr etdi. Amma Musanın adına bir pencək də yoxdur. Qardaşımın başını yedi, xarab etdi?. Birdən Musa əsəbiləşib Təranəyə xəsarət yetirə bilərmi sualına isə qardaşı belə cavab verib: ?Haradaydı Musada o qeyrət. Elə qeyrəti olsaydı, vaxtında o işi görərdi. Musa qədər namussuz, qeyrətsiz insan heç Fransada da yoxdur. Amma qocalmış vaxtında əgər ayılıb o qadından əl çəkəcəksə, buna görə Allaha min şükür etmək olar. Musa dünyanın ən bədbəxt insanıdır, bir qadının əlində oyuncağa çevrilib, başı xarab olan bir insandır. O qadın Musanın adına nələr böhtan danışmadı; gah narkoman dedi, gah alkaş. Musaya o da azdır?. Xatırladaq ki, bu gün müğənni Musa Musayev Təranə Qumralın ona xəyanət etdiyini, öz evində başqa kişiylə yataqda tutduğunu bildirmişdi. Bu gün tanınmış müğənni Musa Musayevin həyat yoldaşı və duet ortağı olan Təranə Qumralı məlum səbəblərdən boşaması olayı ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, M.Musayev Təranə Qumral ilə boşanması üçün 2011-ci ildə məhkəməyə müraciət edib. Elə həmin il Nərimanov rayon Məhkəməsi müğənnilərin boşanmasını rəsmiləşdirib. Lakin bəzi səbəblərdən cütlük bir yerdə yaşamağa və birlikdə məclislərdə çıxış etməyə son qoyublar. Son hadisələrdən sonra isə cütlük arasında olan-qalan bağlar da qırılıb. Nərimanov rayon Məhkəməsindən bildirilib ki, cütlük 2011-ci ildə rəsmi qaydada boşanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib