Xalq artisti Nodar Şazıqoğlu II Fəxri xiyabanda dəfn olundu

img

12-04-2013 [11:44]


Aktyor Evində keçirilən Azərbaycanın xalq artisti Nodar Şaşıqoğlu ilə vida mərasimi baş çatıb. Vida mərasimini açıq elan edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev aktyorun Azərbaycan teatrında çox böyük iz buraxdığını vurğulayıb. Onun sözlərinə görə, aktyor sağlığında dövlətin diqqət və qayğısını görərək fəxri adlara, ?Şöhrət? ordeninə layiq görülüb, prezident təqaüdü alıb. Ə.Vəliyev aktyorla bağlı xatirələrini də danışıb. Mərhum aktyor II Fəxri xiyabanda dəfn olunub. Qeyd edək ki, Nodar Şaşıq oğlu İzzətoviç 13 mart 1927-ci ildə Batumi şəhərində anadan olub. 1950-ci ildə Moskva Teatr Məktəbini bitirib. Leninqrad Akademik Dram Teatrında işləyib. ?Nikbin faciə?, ?Sevilya ulduzu?, ?Mariya Tüdor? da Cilberti (V.Hüqo) oynayıb. N.Şaşıqoğlunun kino yaradıcılığı daha çox Azərbaycanın adı ilə bağlıdır. ?Uzaq sahillərdə? filmində Mehdi Hüseynzadə (1958, rej. T.Tağızadə), ?Əsl dost?da Fərman (1959, rej. T.Tağızadə), ?Səhər?də Əzizbəyov (1960, rej. A.Quliyev), ?Matoe Falkone? qısametrajlı kinodramında Mateo Falkone (1961, rej. T.Tağızadə. Film Prosper Merimenin eyniadlı əsəri əsasında çəkilib), ?Leyli və Məcnun?da Məcnun (1961, rej. L.Səfərov), ?Bizim küçə?də Mixaylo (1961, rej. Ə.Atakişiyev), ?Telefonçu qız?da Zakir (1962, rej. H.Seyidbəyli) obrazlarını canlandırıb. 1983-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib