"Mixaylo" dünyasını dəyizib; ilham Əliyev bazsağlığı verdi - Yenilənib

img

12-04-2013 [11:19]


Xalq artisti Nodar Şaşıqoğlu bu gün dünyasını dəyişib. Lent.az-ın verdiyi məlumata görə, acar əsilli xalq artisti Bakı şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra vəfat edib. N.Şaşıqoğlu bu gün səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Nodar Şaşıqoğlu Azərbaycan və Rusiyanın xalq artistidir. Azərbaycan tamaşaçılarına ?Mixaylo? obrazı ilə kimi əziz olan Nodar Şaşıqoğlu 1983-cü ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. Xatırladaq ki, xalq artisti 1927-ci il Tbilisidə dünyaya gəlib. B.V.Şşükin ad. Moskva şəhərinin teatr-məktəbində savad alıb. Moskvanın Y.Vaxtanqov ad. Taqankadakı teatrda, Leninqradın A.S.Puşkin ad. teatrda aktyor işləyib. "Mosfilm", "Dovjenko", "Odessa", "Azərbaycanfilm" kinostudiyalarda işləyib. Aktyor ?Onun böyük ürəyi? ( 1958), ?Uzaq sahillərdə? ( 1958), ?Əsl dost? (1959), ?Matteo Falkone? ( 1960), ?Səhər? ( 1960), ?Bizim küçə? (1961), ?Leyli və Məcnun? (1961), ?Telefonçu qız? (1962), ?De ki, məni sevirsən!? (1977), ?Sevinc buxtası? ( 1977) filmlərinə çəkilib. *** Prezident İlham Əliyev aktyor Nodar Şaşıqoğlunun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığı məktubunda qeyd olunur ki, tanınmış kino və teatr aktyoru, unudulmaz sənətkar və səmimi insan Nodar Şaşıqoğlunun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq. Məktubu Prezidentlə yanaşı, aşağıda adları çəkilən dövlət rəsmiləri də imzalayıb: İlham Əliyev Artur Rasizadə Oqtay Əsədov Ramiz Mehdiyev Elçin Əfəndiyev Hacıbala Abutalıbov Fatma Abdullazadə Əbülfəs Qarayev Azər Paşa Neymətov Şəfiqə Məmmədova Eldar Quliyev Cənnət Səlimova Aleksandr Şarovski Məbud Məhərrəmov Səfa Mirzəhəsənov

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib