BŞBPi Rəqsanəni tutmaq üçün axtarır, müğənni isə gülür - Yenilənib

img

10-04-2013 [06:08]


Muğənni Rəqsanə İsmayılovanın tutulması istiqamətində işlər aparılır. Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Rəqsanə İsmayılova Suraxanı Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışa verilib. Hazırda R.İsmayılovanın tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. *** ?Mən nə qaçmışam, nə də gizlənmişəm. Telefonlarım da açıqdır?. ?Mən heç bir orqan tərəfindən çağırılmamışam və heç bir çağırışdan da qaçmamışam ki, məni axtarışa veriblər?. ?Qafqazinfo?nun məlumatına görə, bu sözləri müğənni Rəqsanə ATV-də yayımlanan "Ümid var" verilişində telefonla canlı bağlantı zamanı deyib. O bildirib ki, bu söhbət 1 ildən artıqdır ki, gedir: "Məni nə vaxt dəvət etsələr, Azərbaycana gələ bilərəm. Bu axtarış söhbətinə sadəcə gülməyim gəlir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq