Prezidentdən iki sərəncam: 6 milyonluq seriallar və Bəkir Nəbiyevlə bağlı sərəncam verildi

img

04-04-2013 [08:20]


Prezident İlham Əliyev Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb. Mia.az Prezidentin rəsmi saytına iistinadən xəbər verir ki, sərəncamda qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin qorunması və təbliği mühüm əhəmiyyət kəsb etdiyi bildirilir: ?Azərbaycanda yerli televiziya kanallarının həmin istiqamətdə yayımladığı telefilmlər ölkənin ictimai-siyasi və mədəni həyatında gündən-günə daha böyük rol oynayır. Bununla əlaqədar Azərbaycan hökuməti milli kino istehsalına, o cümlədən telefilmlərin çəkilişinə diqqəti getdikcə artırır. 2011-ci ildə bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış beş milyon manatlıq maliyyə vəsaiti günün aktual mövzularına həsr olunmuş telefilmlərin çəkilişinə təkan vermişdir. Bu sahədə aparılan işlərin əhəmiyyətini və davam etdirilməsinin zəruriliyini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayrılsın?. Bu gün Prezident İlham Əliyev mərhum akademik Bəkir Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam da imzalayıb. Sərəncamda Azərbaycanın görkəmli ədəbiyyatşünası, akademik Bəkir Əhməd oğlu Nəbiyevin xatirəsini əbədiləşdirmək məqsədilə Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş şəhərində küçələrdən birinə Bəkir Nəbiyevin adının verilməsini təmin etməsi nəzərdə tutulir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq