Röyaya cavab gəldi: "Yetərli deyil"

img

04-04-2013 [11:14]


Müğənni Rəqsanənin Türkiyədə məşhurlaşmaq istəyən sənətçilərimiz haqqında danışarkən, jurnalistin sualına cavab olaraq: ?Mən Aygünü də, Röyanı da çox sevirəm. Amma gəlib Türkiyədə bir mahnı oxuyub, klip çəkdirməklə tanınmaq olmur. Gərək uzun müddət burada qalasan?, - söyləməsi müğənni Röyanın kəskin etirazına səbəb olub. Ötən gün ?Rəqsanəni hamı tanıyır? başlıqlı yazıda sənətçi həmkarının onun zəhmətini yerə vurduğunu vurğulayıb. Rəqsanə ajiotaj yaradan bu məsələyə aydınlıq gətirməyi zəruri bilib. ?Mən hec kimin əziyyətini yerə vurmuram. Mövzuya məntiqli cavab vermişəm. Türkiyə 80 milyonluq əhalisi olan bir ölkədir. Orada tanınmaq üçün bir-iki mahnı və klip yetərli deyil. İllərlə yaşayıb, dayanmadan çalışıb, böyük işlər görməlisən ki, kütləyə özünü tanıdasan. Bu gün bu başlanğıcı hələ ki Röya, Aygün Kazımova və bəzi məşhurlarımız ediblər. Mən onların uğuruna sevinirəm. Bundan artıq yeniliklər etməyini gözləyirəm?, - deyən sənətçi xanım Röyanın ?Rəqsanəni hamı tanıyır? fikrinə münasibətini də öyrəndik. ?Bəli, hamı məni tanıyır. Müğənniyəm, iki övladım var. Bəlkə, süjetlərdə mənim Röya ilə qalmaqal yaratmaq istədiyim hiss olunub. Mən nəinki normal münasibətdə olduğum Röya ilə, heç kimlə qalmaqal düşünmürəm. Əvvəllər mahiyyətinə varmadan bəzi qalmaqallarda adımı hallandırmışam. Bu gün heç kimlə qalmaqal etmək fikrim yoxdur. Dayanmadan Türkiyədə həllini tapan layihələrim üzərində çalışıram. Qalan vaxtımı ailəmə ayırıram. İnanın, yerli şou-biznesdə baş verən qalmaqallar məni maraqlandırmır. Röya ilə uzun müddət yol yoldaşı olmuşuq, səfərlərdə bir yerdə qalmışıq. Onun sənəti, özü haqqında mövqeyim hər zaman müsbət olub. İndi də elədir. Mənim yuxarıda qeyd edilən mövzu barəsində, konkret fikrim budur ki, sənətçilərimiz bu qədər zəhmətin müqabilini görə bilsinlər. Türkiyənin 5-10 faizi yox, böyük bir hissəsi onları tanısın. Buna sevinərəm və hər birinə bacardığım qədər dəstək olaram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq