Rəqsanə: "Nizanlımın ailə qurmaq təklifini dəyərləndirdim"

img

24-01-2013 [06:15]


Müğənni Rəqsanə İsmayılovanın ərə getməyə hazırlaşdığı, Rusiyada yaşayan biznesmen sevgilisi barədə gəzən söz-söhbətlər səngimək bilmir. ANS PRESS-in məlumatına görə, yerli mətbuatda müğənninin gələcək həyat yoldaşının yaşca ondan qat-qat böyük olduğu, arvadı ölmüş və iki böyük oğlan atası olduğu bildirilir. Sənətçi ANS PRESS-ə açıqlamasında yazılanları təkzib etdi: "Yazılanlara gəlincə, cəmiyyətdə yanlışlıq yaranmasın deyə, bildirirəm ki, ailə həyatı quracağım insanla yaş fərqimiz cuzidir. O, yaşlı deyil. Olsa belə, gizlətmərəm. Həyat yoldaşı rəhmətə getməyib, neçə il əvvəl boşanıblar. O, məni dünən tanımır. Bizim 5 illik dostluğumuz olub. Onun yaxşı dost, qayğıkeş olduğunu görüb, ailə qurmaq təklifi dəyərləndirdim. Bizim aramızda gizli-saxlı heç nə yoxdur. Hər bir işimi onunla məsləhətləşirəm. Mənimlə bağlı heç nə onu narahat etmir. Çünki məni hamıdan yaxşı tanıyır". Borclardan qurtulduğunu deyən Rəqsanə barəsində yazılanlarla bağlı ciddi ölçü götürəcəyini bildirib: "Borclarım da qalmayıb, özüm qazanıb, qəpiyinə kimi qaytarmışam. Bizim sakit bir həyat sürdüyümüz halda jurnalistin ailəmlə, şəxsiyyətimlə bağlı yazılar dərc etməsi məni konkret addım atmağa vadar etdi. Artıq məsələ məhkəmə salonunda həll olunacaq. Qoy jurnalist dediklərini sübut etsin. Sonda bildiriəm ki, Azərbaycanda fəaliyyət göstərən hər bir mətbu orqanına hörmətim sonsuzdur. Hər bir xəbərimin ilkini sevərək onlarla paylaşıram. Amma ailəm, özüm haqqında hər hansı yanlış, təhqiramiz yazı yazıldığı təqdirdə, qərarım yenə hüquqi müstəvidə çözmək olacaq. Barəmdə yazılan hər bir yazıların mətbuat katibimlə dəqiqləşdirilməsini vacib bilirəm?. R. İsmayılovanın mətbuat katibi də yayılan xəbərin yalan olduğunu deyib: ?Rəqsanənin nişanlısı onun özündən 3-4 yaş kiçikdir. Onlar bir-birini çox sevirlər. Rəqsanənin ailə məclislərində nişanlısı hər zaman iştirak edir. Onu görənlər də bilir ki, o, yaşlı deyil. Borc məsələsinə gəlincə, Rəqsanənin heç kimə borcu yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA