Samir Bağırov: ?Aygünlə heç vaxt sevgili olmamızıq?

img

18-01-2013 [06:38]


Azərbaycanın tanınmış müğənnisi Samir Bağırov mətbuatda onun bir zamanlar xalq artisti Aygün Kaımova ilə aralarında eşq macərasının olması barədə gedən xəbərlərin yalan olduğunu deyib. Müğənni Press24.az-a verdiyi açıqlamasında Aygün Kazımova ilə heç bir vaxt sevgili olmadıqlarını dilə gətirib: ?Bəli, mən Aygünü sevirəm. Amma bir dost kimi. Aygünlə heç vaxt sevgili olmamışıq. Bizim çox gözəl münasibətlərimiz var. O, mənim sənətdəki ən yaxın dostlarımdandır. Düzdür, bəzən aramızda kiçik anlaşılmazlıqlar olub. Amma belə inciklikləri tez unutmuşuq?. Samir Bağırovla Aygün Kazımovanın sevgili olmaları xəbərini yayan stilist Samir Əliyevə gəlincə, müğənni onun piar xatirinə bu cür yollara əl atdığını söylədi: ?Samir Əliyevin belə məlumat yaymaqda ancaq bir məqsədi ola bilər ? mənim adımı hallandırmaqla özünü reklam etmək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA