Yazar Əhmədov: "Məhz 5-ci bölüm "Məhkumlar"ın kulminasiyası olacaq" (video)

img

01-11-2012 [01:54]


?Məhkumlar? serialının quruluşçu rejissoru və ?Oscar production?un direktoru Yaşar Əhmədov ?Məhkumlar? bədii tele-serialının kulminasiya nöqtəsini təşkil edən,möhtəşəm 5-ci bölümü haqqında məlumat verib "Zənimcə, 5-ci bölüm ?Məhkumlar?ın indiyə qədər yayımlanan serialarının ən möhtəşəmidir desək yanılmarıq.Hadisə və gərginliklə dolu ?Məhkumlar?ın 5 ci bölümü bundan əvvəl yayımlanan 4 bölümdəki qaranlıq qalan məqamların acıqlanması ilə yaddaşlara həkk olunacaq. Hadisə və dinamikası ilə hədsiz maraq doğuracağına əminik.Təbii ki, son söz həmişə olduğu kimi dəyərli tamaşaçılarımızındır.İzləsinlər və özləri qiymət versinlər. Sadəcə onu demək istəyirəm ki,məhz 5-ci bölümü izləməklə bizim ?Məhkumlar?a məhkum olacaqlar. http://www.youtube.com/watch?v=0RisFnFMTWA http://mahkumlar.az/index.php/haberler/109-ya%C5%9Far-%C9%99hm%C9%99dov-m%C9%99hz-5-ci-b%C3%B6l%C3%BCm-m%C9%99hkumlar-%C4%B1n-kulminasiyas%C4%B1-olacaq.html Hadisələrə gəldikdə isə bəzi məqamları nəzərinizə çatdırım.5-ci bölümdə Adilin evinə gələnlər qapıda kiminlə qarşılaşacaqlar?Zərnitacın Röyanı Adilə aldığını eşidən Tünzalə necə addım atmağı düşünür?Şəbnəmin bu hadisələrə reaksiyası necə olacaq? Xəqani sevgilisinin qardaşına nişanlandığını biləcəkmi?Bəhramın başına nə oyunlar gələcək? Adilin intiqam üçün atdığı yeni addımlar nədən ibarət olacaq? Qardaşı Qadiri Fikrətin qaçırdığını bilən Qalib nələr edəcək?Bəhram oğlu Qadiri Fikrətin oğurlatdırdığını biləcəkmi?Restoranda basğına məruz qalan Fikrətin aqibəti necə olacaq? Adilin ölüm əmrini verən Bəhram daha nə addımlar atacaq.Bəhram Adili öldürə biləcəkmi.?Bütün bunlar haqqında hörmətli tamaşaçılarımız 1 noyabr 19:30-da ATV teleməkanında yayımlanacaq olan ?Məhkumlar?serialının 5-ci bölümünü izlədikdən sonra xəbərdar olacaqlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA