Yazar Əhmədov: ?Tamazaçılarımızdan ricamız: səbrlə və diqqətlə bölümləri izləsinlər?.

img

11-10-2012 [03:00]


ATV telekanalının sifarişi ilə ?Oscar film production?tərəfindən çəkilən yeni ?Məhkumlar? teleserialı 4 oktyabr 2012 ? ci ildə Atv telekanalında yayınlanan serialların reytinq cədvəlində birinci yerdə qərar tutub. Müsahibimiz bu gün saat 19:30 ? da Atv telekanalında ikinci seriyası efirə gedəcək ?Məhkumlar? televiziya serialının Qurulşçu rejissoru və ?Oscar film production?un Baş direktoru Yaşar Əhmədovdur. - Yaşar bəy bu gün ?Məhkumlar? serialının 2-ci seriyası efirdə yayımlanacaq.Özünüzü necə hiss edirsiniz? - Çox yaxşı. Təbii olaraq həyəcan var.Çünki artıq söz tamaşaçınındır. İzləyib qiymət verəcəklər. - Birinci seriya efirə yayımlandıqdan sonra reytinqdə birinci oldunuz.Bunu necə izah edə bilərsiniz? - Sözün düzü bu bizə sürpriz olmadı.Əslində əvvəllər də dediyim kimi, tamaşaçının belə mövzulara marağını düşünərək, cəmiyyətdəki problemləri nəzərə alaraq biz bu filmi çəkməyə başlamışdıq və rəğbətlə qarşılanacağını təxminən bilirdik. Bütün izləyicilərimizə təşəkkür edirəm..Amma təbii ki, hələ arxayın olmaq olmaz. Hələ qabaqda çox bölümlərimiz var. Təbii ki, son söz ATV tamaşaçısınındır. - Birinci seriyada hadisələrin qarışıqlığı , süjet xəttinin gərginliyi bəzi tamaşaçıların narahatçılığına səbəb olur.Tamaşaçılarınızı itirməkdən narahat deyilsiniz ki ? - Bəli... bu barədə məlumatım var.Ancaq bu dəyərli tamaşaçılarımızı çaşdırmasın. Süjet xəttimiz çox şaxəli olduğundan birinci bölüm daha çox hadisələrin baş verməsi bölümü kimi yadda qaldı . Dinamikası yüksək, bir neçə hadisənin baş verdiyi bölüm... Amma təbii ki, ikinci bölümdən etibarən bu sualların hamısına tamaşaçı cavab tapacaq.Bir də serialımızın süjet xəttinin zənginliyi bunu tələb edir. Biz bunu düşünərək,bilərəkdən etmişik. Qətiyyən narahat deyilik. Tamaşaçılarımızdan ricamız səbrlə və diqqətlə bölümləri izləsinlər. Bundan sonra biri-birindən maraqlı bölümlər irəlidə onları gözləyir..Bütün suallarına cavabları irəlidəki seriallarda tapacaqlar və əminik ki, serialı və qəhrəmanlarımızı çox sevəcəklər.Çünki bizim serialın motivi və mövzusu cəmiyyətimizin həyatıdır.Serialda baş verənlər hər birimizin ya həyatında yaşanıb, ya qonşusunda ya da ən azından yaşadığımız bölgədə.Bizlər də "Məhkumlar"ın qəhrəmanları kimi bu həyatı yaşamağa Məhkumuq. - Gələcək serialarla bağlı tamaşaçılara nələri açıqlaya bilərsiniz? - Gələcək seriyalarla bağlı çox açıqlama vermək istəməzdim, sadəcə onu demək istəyirəm ki, bizə daha çox verilən suallardan biri "Zərrintac niyə öz qızına təcavüz etdirdi?" - sualıdır.Onu demək istəyirəm ki, hər kəsin bir haqlı səbəbi olduğu kimi, Zərrintacın da özünə görə haqlı səbəbləri var.İstənilən halda o, anadır. Heç bir ana öz övladının pisliyini istəməz. İzləsinlər... İnşallah, özləri şahidi olacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA