Afaq Bəzirqızı evə buraxılıb

img

08-10-2012 [11:41]


Ürəyindən ağır əməliyyat olunan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı evə buraxılıb. Lent.az-ın məlumatına görə, aktrisa ötən gün əməliyyat olunduğu Neftçilər xəstəxanasında müalicəsini başa vuraraq evə buraxılıb. Hazırda özünü yaxşı hiss edən xalq artisti müalicəsini ev şəraitində davam etdirir. Qeyd edək ki, Afaq Bəşirqızı sentyabrın 26-da ürək-damar sistemində ciddi problemlər olduğu üçün Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən 7 saatlıq əməliyyat olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA