Müğənni Vüsal Əliyev azad olundu

img

19-09-2012 [10:33]


Bakıda həbs olunmuş populyar müğənnidən xəbər var. Xətai Rayon Polis İdarəsindən Mili.Az-a verilən məlumata görə, bir neçə gün əvvəl idarə əməkdaşları tərəfindən həbs edilmiş müğənni Vüsal Əliyev sərbəst buraxılıb. Xətai Rayon Məhkəməsi müğənni barəsində həbssiz qətimkan tədbiri seçib. Onun himayəsində 4 azyaşlı uşağın olması nəzərə alınıb. Qeyd edək ki, V.Əliyev Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Bir müddət Moskvada yaşayan müğənni Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA