Rəsul yeni duetini dinləyicilərinə təqdim edib

img

21-09-2012 [02:31]


Gənc ifaçı Rəmal Rəsul "De, gəlsin" yarışmasının qalibi Fariz Bərdəlinin söz və musiqisinə aid "Bakı" adlı ilk meyxana sintezli duetini oxudu. Xatırladaq ki, "Bakı" nın aranjıman işləri və gitarada muşaiyət Rəmal Rəsula, tarda ifa isə Yaqub İlyasova aiddir. "Bakı" adlı duetindən sonra ikinci meyxana sintezli "Yar" adlı duetini dinləyicilərinə təqdim edən Rəmal Rəsul yaxın vaxtlarda ikinci meyxana sintezli "Yar" adlı duetinə klip çəkidirməyi nəzərdə tutduğunu da bildirdi. Nəzərinizə çatdıraq ki, "Yar" adlı mahnının söz və musiqisi gənc bəstəkar Tural Bakuviyə, aranjıman işləri və gitarada müşaiyət yenə gənc ifaçıya, skripkada ifa isə İsmayıl Əlizadəyə aiddir. Qeyd edək ki, xanəndə Ağaxan Abdullayevin tələbəsi Rəmal Rəsul hələ erkən yaşlarından musiqi ilə məşgul olmaga başlamış və ugurlar qazanmışdır. Təhsil aldığı Bülbül adına orta ixtisas məktəbindən YUNESKO-nun uşaq festivalına göndərilmiş,yarışma zamanı Türkiyənin Antaliya şəhərində birinci, Dənizli şəhərində isə üçüncü yeri tutmuşdur. Özünü aktyor kimidə sınayan gənc ifaçı Samir Qulamovun çəkdiyi "Sonun başlanğıcı" serialında Hüseyn obrazını canlandırıb. İlk "Sənin kimi" adlı duetnini isə Flora Kərimova ilə ifa edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA