Polis rəisinin oğlunun toyunda dava düzüb

img

14-10-2012 [04:37]


Tanınmış müğənni Xatirə İslam toyda dava salıb. ?Qafqazinfo?ya daxil olan məlumata görə, təxminən bir saat bundan qabaq Şəkidə ?Şəki saray?ında baş tutan Şəki polis rəisinin oğlu Elnurun toyu yarıda qalıb. Buna səbəb Xatirənin mahnı oxuduğu zaman ona yaxınlaşan bir oğlanın müğənnidən mikrofon istəməsi olub. Bu zaman Xatirə mikrofonu ona verib, həmin şəxs isə Xatirəyə: ?Bu gün mənim ad günümdür, məni öpərsən??deyib. Bu istəkdən şoka düşən Xatirə mikrofonu oğlanın əlindən tez alıb. Bu etirafdan sonra isə tərəflər arasında toyda dava düşüb. Hətta vəziyyət o qədər gərginləşib ki, dalaşan şəxslər araq şüşələrini bir-birlərinin başına vurublar. Xatirə isə toyu yarıda qoyaraq tərk edib. Hazırda o, Bakıya gəlir. Qeyd edək ki, toyda Xatirə ilə bərabər Xumar Qədimova da iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA