ilham Əliyev və xanımı sərgidə iztirak edib

img

06-11-2012 [12:32]


Bu gün Bakı Sərgi Mərkəzində ?BakuTel-2012? XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar. Dövlət başçısının diqqətinə çatdırılıb ki, Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan ?Bakutel-2012? sərgisində ABŞ, Belarus, Çin, Koreya Respublikası, Litva, Malayziya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 160 şirkət iştirak edir. Avstriya, Estoniya, Fransa, Xorvatiya, İsrail, Litva, Sloveniya və Kanada isə sərgidə milli qruplar ilə təmsil olunublar. Sərgidə yerli informasiya texnologiyaları şirkətləri, mobil operatorlar, distribüterlər, rabitə operatorları, servis şirkətləri də öz məhsullarını və xidmətlərini nümayiş etdirirlər. Məlumat verilib ki, sərginin ekspozisiyasına İKT sahəsinin müasir ixtiraları, proqram təminatları, peyk əlaqəsi üçün xidmət və teleradio yayım avadanlığı və sair daxildir. Azərbaycan prezidenti və xanımı milli və xarici pavilyonlarla tanış olublar. Dövlət başçısı sərginin iştirakçılarına uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA