Sürət Hüseynovun oğlu həbs olundu (Yenilənib)

img

10-09-2012 [12:05]


Dünən sabiq baş nazir Sürət Hüseynovun oğlu Nail Hüseynov Gəncədə ?Ramada? oteldə həbs edilib.Sürət Hüseynov Publika.Az-a bildirib ki, oğlunu təxribata çəkiblər. Oğlu evdə təmir getdiyi üçün hotelə çimməyə gedib. Qaldığı hoteldə yemək yediyi zaman problemlə üzləşib. Belə ki, qəlyanaltı üçün ondan 89 manat pul tələb edilib. Etiraz edən Nailə polislər yaxınlaşıb. Ona ictimai asayişi pozduğunu, onlarla getməli olacağını deyiblər. Mübahisə böyüyüb deyə, Hüseynovu polislər zorla aparıblar. Atası Sürət Hüseynov deyir ki, oğlunun hazırda harda olduğundan xəbərsizdir. Onun fikrincə, hadisənin ?Ramada? oteldə baş verməsi təsadüfi deyil. Son məlumata görə, artıq Surət Hüseynovun oğlu Nail Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin xuliqanlıq maddəsi (296-cı) ilə həbs-qətimkan tədbiri seçilib. Gəncə şəhər Baş Polis İdarəsindən verilən xəbərə görə, Nizami rayon Məhkəməsinin qərarı ilə Nail Hüseynov 12 sutkalıq həbslə cəzalandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR