Tanınmız müğənni gecə klubunda dava saldı

img

22-08-2012 [12:28]


Bu gün Bakının tanınmış gecə klublarının birində maraqlı hadisə yaşanıb. Məşhur müğənni Səidə Dadaşova gecə klubunun çıxışında dava salıb. Klubdan çıxan müğənni ona sataşan 2 gənc oğlanı təhqir edib. Münaqişəni şahidi olan post patrul xidmətinin işçiləri hadisə yerinə gəlib və hər iki tərəfi polis bölməsinə aparmağa cəhd göstərib. Vəziyyətinin çıxılmaz olduğunu görən müğənni Səidə Dadaşova ?Siz bilirsiniz mən kimin qızıyam, mən Rafael Dadaşovun qızıyam? deyərək polisə hədə qorxu gəlib və polis bölməsinə yalnız oğlanların gedəcəyini deyib. Maraqlıdır ki, post patrul xidmətinin əməkdaşları Səidə Dadaşovanı yox, məhz gəncləri bölməyə aparıb. Şahidlərin dediyinə görə, mübahisəyə səbəb müğənninin oğlanları pis təhqir etməsi olub. /azxeber

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA