Qocaman xalq artistləri yenidən üz-üzə gəlir

img

22-08-2012 [11:48]


Xalq artistləri Flora Kərimova ilə İlhamə Quliyevanın arasında bir ildən çoxdur davam edən məhkəmə çəkişməsinə bu gün baxılacaq. Gözlənilir ki, bu gün həm də Bakı Apellyasiya Məhkəməsində xalq artisti Flora Kərimovanın İlhamə Quliyevaya qarşı şikayəti üzrə qərar elan olunacaq. Bu barədə mia.az daxil olan məlumatda bildirilir ki, xalq artisti Flora Kərimova həmkarını şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş ziyanın ödənilməsindən bəhs edən şikayət ərizəsi ilə cəzalandırmaq istəyir: ?Yasamal Rayon Məhkəməsinin çıxardığı qərar xalq artisti Flora Kərimovanı narazı saldığından o, apellyasiya şikayəti verib. Onun şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmaləddin Bədəlovun sədrliyi ilə baxışa qəbul olunub?. Məlumata görə, avqustun 8-də prosesə təyin olunsa da, hakim işə baxmayıb və proses ayın 22-ə təxirə salınıb: "Gözlənilir ki, bu gün saat 16.30-da hakim Kəmaləddin Bədəlov xalq artistlərinin işi üzrə qərarını elan edəcək?. Xatırladaq ki, Flora Kərimova İ.Quliyevanın şikayəti əsasında Yasamal məhkəməsi tərəfindən 3 min manat məbləğində cərimələnib. Səbəb onun həmkarın təhqir etməsi göstərilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA