Görkəmli zair Ramiz Rövzənin göz yazları

img

21-08-2012 [11:29]


Avqustun 21-də görkəmli şairimiz Ramiz Rövşənin anası Pərzad xanım vəfat etdi. Azərbaycan poeziyasına bir istedadlı şair (Ramiz Rövşən) və istedadlı yazıçı-tərçüməçi (Yaşar Əliyev) bəxş etmiş ahıl ana bir müddət imiş ki, səhhətində olan problemlərdən əziyyət çəkirmiş. Pərzad xanımın hüzr məclisi Əmircan kəndində keçirildi. Yas mərasimində ölkəmizin tanınmış ictimai-siyasi xadimləri, o cümlədən Müsavat Partiyasının başqanı İsa Qəmbər, sabiq baş nazir Pənah Hüseyn, ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu, Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəyli və başqaları iştirak edirdilər. Mərhumənin cənazəsi yaşadığı evdən götürülərək dəfn olunmaq üzrə Bülbülə kənd qəbiristanlığına aparıldı. Mərasim iştirakçıları cənazə namazını qıldıqdan sonra mərhumə Pərzad xanım oğlanları Ramiz Rövşən və Yaşar Əliyevin gözyaşları içində torpağa tapşırıldı. Allah Rəhmət eləsin! musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA