Mehriban Əliyeva Pakistanda iftar süfrəsi açıb

img

13-08-2012 [03:27]


Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan baş nazirinin katibliyi nəzdində fəaliyyət göstərən ?Pakistan Sweet Home? fondu tərəfindən bu ölkənin müxtəlif şəhərlərində yerləşən 11 uşaq evinin 1200 sakini üçün iftar süfrəsi təşkil edilib. XİN-nin mətbuat xidmətindən verilən məlmata görə, Baraha Ko şəhərində təşkil olunmuş təntənəli mərasimdə Pakistanın birinci xanımı Nüsrət Parvez Aşraf və qızı, baş nazirin müşaviri Şahnaz Vazir Ali, ?Pakistan Sweet Home? fondunun icraçı direktoru, tanınmış siyasətçi Zamurad Xan, Pakistan Milli Assambleyasının üzvləri, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları, ölkənin aparıcı televiziya kanallarının nümayəndələri iştirak ediblər. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən humanitar, təhsil və səhiyyə sahələrində layihələr barədə ətraflı məlumat verilib və Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbinin inşa edilməsi qeyd edilib. Həmçinin bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində ?Edhi Home? kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, Peşavər şəhərində ?Akbar Care? serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilib, həmçinin Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında açıq ürəkdə əməliyyatları aparılıb, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlıq və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və 2000 ədəd qanköçürmə paketi alınıb, Xayber Göz Fondunun yeni binasının inşası üçün maddi yardım edilib. Tədbirdə ali qonaq qismində iştirak edən Pakistanın birinci xanımı Nüsrət Pervez Aşraf Mehriban Əliyevanın Pakistanda həyata keçirtdiyi layihələrə, həmçinin Ramazan ayında kimsəsiz uşaqlara iftar süfrəsi təşkil etdiyinə görə dərin minnətdarlığını bildirib və bu aksiyanın uşaq evlərinin sakinləri üçün böyük mənəvi dəstək olduğunu vurğulayıb. Pakistan Baş nazirinin müşaviri xanım Şahnaz Vazir Ali öz müraciətində Mehriban xanım Əliyevanın təşkil etdiyi genişmiqyaslı aksiyanı təqdirəlayiq adlandıraraq digər təşkilatları da bu təşəbbüsə qoşulmağa çağırıb. ?Pakistan Sweet Home? fondunun icraçı direktoru Zamurad Xan mərasimdə çıxış edərək Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Ramazan sevincini kimsəsiz uşaqlarla bölüşdüyünə görə minnətdarlığını bildirib. Konsert proqramı zamanı Pakistanın PTV dövlət televiziyası mərasim iştirakçılarından canlı yayımda müsahibələr alıb. Tədbirin sonunda hər bir uşağa hədiyyə təqdim edilib. Bahara-Ko-da keçirilmiş tədbir ?PTV?, ?ARY TV?,?Navai Vakt?, ?ATV?, ?Express News?, ?GEO NEWS?, ?CNBC Pakistan?, ?Aaj News?,?Dunya News? , ?Channel-5? televiziya kanalları tərəfindən nümayiş etdirilmiş, ?Navai Vakt?, ?Daily Janq?, ?National Herald Tribune?, ?Pakistan Observer?, ?Daily Times?, ?The Nation?, ?Frontier Post?, ?Daily Statesman? qəzetlərində, ?APP?,?Lahore Times?, ?DNA News?, ?Online news? informasiya agentliklərin buraxılışlarında, həmçinin ?Al-Bab? strateji araşdırmalar institutunun bloqunda dərc edilib.#351;kil olunmu

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA