Bakıda Müslüm Maqomayevin 70 illik yubileyi münasibətilə xatirə konserti keçiriləcək

img

10-08-2012 [04:45]


"İrəli" İctimai Birliyi və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək. İB-dən verilən məlumata görə, tədbir 18 avqust saat 18:00-da Filarmoniyanın nəzdində olan Kamera və Orqan Musiqi zalında baş tutacaq. Konsertdə "İrəli" Mədəniyyət Mərkəzinin üzvləri olan gənc ifaçılar dünya musiqi mədəniyyəti tarixində parlaq iz qoymuş dahi sənətkarın mahnılarını ifa edəcəklər. Eyni zamanda, Maqomayevin həyatından bəhs edən qısa film nümayiş olunacaq. Konsert proqramında 400 nəfər qonağın işitrakı gözlənilir. Tədbirdə iştirak etmək istəyənlər şəxslər Facebook səhifəsinə daxil ola bilərlər (http://www.facebook.com/events/118726734934955/)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA