3000 manat qocaman xalq artistlərini üz-üzə gətirdi

img

10-08-2012 [08:10]


Xalq artistləri Flora Kərimova ilə İlhamə Quliyevanın arasındakı nifaq yenidən alovlanıb. Bu barədə mia.az daxil olan məlumatda bildirilir ki, tərəflər arasında bir ildən çoxdur davam edən məhkəmə çəkişməsi bu günlərdə yenilənib: ?Artıq Bakı Apellyasiya Məhkəməsində xalq artisti Flora Kərimovanın İlhamə Quliyevaya qarşı yeni bir şikayəti icraata qəbul olunub?. Bakı Apellyasiya Məhkəməsindən əldə etdiyimiz xəbərə görə, Xalq artisti Flora Kərimova həmkarını şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş ziyanın ödənilməsindən bəhs edən şikayət ərizəsi ilə cəzalandırmaq istəyir: ?Yasamal Rayon Məhkəməsinin çıxardığı qərar xalq artisti Flora Kərimovanı narazı saldığından o, apellyasiya şikayəti verib. Onun şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmaləddin Bədəlovun sədrliyi ilə baxışa qəbul olunub?. Məlumata görə, avqustun 8-də prosesə təyin olunsa da, hakim işə baxmayıb: ?Proses ayın 22-ə təxirə salınıb?. Xatırladaq ki, Flora Kərimova İ.Quliyevanın şikayəti əsasında Yasamal məhkəməsi tərəfindən 3 min manat məbləğində cərimələnib. Səbəb onun həmkarın təhqir etməsi göstərilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA