Xalq artistləri yenidən məhkəmədə

img

04-08-2012 [06:52]


Xalq artistləri Flora Kərimova ilə İlhamə Quliyevanın arasındakı nifaq səngimək əvəzinə, ildən ilə alovlanır. Bu barədə mia.az daxil olan məlumatda bildirilir ki, tərəflər arasında bir ildən çoxdur davam edən məhkəmə çəkişməsi bu günlərdə yenilənib: ?Artıq Bakı Apellyasiya Məhkəməsində xalq artisti Flora Kərimovanın İlhamə Quliyevaya qarşı şikayəti icraata qəbul olunub?. Bakı Apellyasiya Məhkəməsindən əldə etdiyimiz xəbərə görə, lora Kərimova həmkarını şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş ziyanın ödənilməsindən bəhs edən şikayət ərizəsi ilə cəzalandırmaq istəyir: ?Yasamal Rayon Məhkəməsinin çıxardığı qərar xalq artisti lora Kərimovanı qane etmədiyindən, o, apellyasiya şikayəti verib. Onun şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmaləddin Bədəlovun sədrliyi ilə baxışa qəbul olunub. Prosesə avqustun 8-də start veriləcək?. Məsələ ilə bağlı tərəflərdən münasibət öyrənə bilmədik.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA