Azərbaycanlı modelin məzhur əri ona xəyanət edir

img

20-07-2012 [03:57]


İyulun 19-da xəbər portallarında ?Azərbaycanlı modelin məşhur əri ona xəyanət edir?? başlıqlı məlumat yayıldı. Məlumatda deyilirdi ki, azərbaycanlı model Günay Musayevanın əri, Türkiyənin populyar serial aktyoru Tolqa Karel Çeşmə kurortunda gecə klublarından birində xanımla əylənib. Milli.Az DHA-a istinadən bildirir ki, Tolqa Karel həmin xanımla Ata Yorgidəki "Marrakech Beach Club"dan çıxanda jurnalistlər onların fotolarını çəkiblər.Sinirlənmiş aktyor jurnalistlərə hücum çəkib. Yalnız həmin əyləncə məkanının mühafizəçilərinin işə qarşıması davanın qarşısını alıb. Sakitləşməyən Tolqa jurnalistləri söyüb və yanındakı qızı da maşınına oturdaraq olay yerini sürətlə tərk edib. Türkiyədəki mənbənin ?Olaylar?a verdiyi məlumata görə bu hadisədən sonra artıq bir uşaq anası olan Günay Musayeva türk ərindən boşanmaq qərarına gəlib. Mənbə qeyd edir ki, Günay Musayeva ərinin qadınlara qarşı olan hədsiz isti münasibətindən bezdiyindən bu addımı atmaq məcburiyyətində olduğunu və körpəsini bu kimi problemlər yaşanmayan ailədə böyütmək istədiyini deyib. Xatırladaq ki, bir müddət əvvəl də, hələ Günay Musayeva hamilə olarkən belə bir hadisə baş vermiş, lakin Milli.Az xəbər portalına İstanbuldan telefonla açıqlama verən həmyerlimiz türk mətbuatında əri, tanınmış aktyor Tolqa Karelin ona xəyanət etməsi ilə bağlı yazılmış xəbərləri təkzib etmişdi: "Dekabrın 20-də Tolqanı ziyafətə dəvət etmişdilər. Və israr edirdi ki, mən də onunla həmin tədbirə gedim. Hamilə olduğum üçün anlayış göstərdi və məni siqaret tüstülü, içkili insanların çox olacağı məkana aparmadı. Yayılan fotolarda həyat yoldaşımın bir vaxtlarda münasibətləri olmuş aktrisa Öykü Çeliklə, model Tuğba Melis Türklə paparassilərin obyektivlərinə tuş gəldiklərini inkar etmirəm. Siz də jurnalistsiz və yəqin, təsdiqləyərsiniz ki, "partladan xəbər" tapmaq bütün dünyada media mənsublarının əsas hədəfidir. Sözüm ondadır ki, jurnalistlər xəbəri təhrif ediblər. Tolqanın yanındakı digər dostları ilə fotolarını montaj edərək, yalnız qızlarla olanı yayımlayıblar. Əslində qızlardan biri Melisa ilə şəxsi tanışlığım var. Ailəmizə gəlib-gedən adamdır. Eyni məclisdə görüşüblər. Və bir masa kənarında düşmən kimi oturmayacaqdılar ki? İnanın, zərrə qədər də qısqanclıq hissi keçirmədim. Çünki ərim haraya getsə də, gecəni öz ailəsilə keçirir. Bir də Tolganın keçmişdə kimlərlə münasibəti olması qətiyyən məni narahat etmir. Əsas - bu gün və sabahla yaşamaq lazımdır. O, məni sevir. Mən də həyat yoldaşıma güvənib, etibar edirəm. Boş-boş söhbətlər əhvalımıza mənfi təsir göstərmir. İkimiz də səbrsizliklə dörd aydan sonra dünyaya gələcək oğlumuzu qucağımıza alacağımız günü gözləyirik" Modelin sözlərinə görə, türk mətbuatının bəzi nümayəndələri şəxsi həyatlarına həddindən çox müdaxilə etdikləri üçün Tolqa ilə birlikdə qərar veriblər ki, barələrində yazılan yalan xəbərlərin kökünü bundan sonra ailə vəkilləri diqqətdə saxlayacaqlar. Bir qədər sonra isə həyat yoldaşı Tolqa Karelin tərəfindən xəyanətə uğrayan azərbaycanlı model Günay Musayeva açıqlama verib. ?Qafqazinfo?nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Günay Musayeva həyat yoldaşının ona xəyanət etdiyi gecəyə münasibət bildirərək deyib ki, həmin qızın Tolqanın qohumu olduğunu zənn edirmiş: ?Tolqa o qızı qohumum deyə tanış etdi. Mən də inandım. Amma həddən artıq spirtli içki qəbul etdikdən sonra barda gözümün qarşısında o ?qohumu? ilə dodaq dodağa öpüşüb xəyanət etdi. Şoka düşdüm. Ağlayaraq evimə döndüm. Tolqa isə əyləncəsinə davam etdi. İndi üzr istəyir. Nə edəcəyimi bilmirəm. Erkən doğum edib uşağıma pis bir şey olacaq deyə çox qorxuram?. Günay Musayeva yaxın çevrəsinə də ailə olmaq üçün evləndiyini, lakin Tolqanın içki qəbul etdikdən sonra özünü idarə edə bilmədiyini deyib: ?Qarnımda uşaq var, boşanımmı??. Karel isə həmin qadının sadəcə qohumu olduğunu və xəyanət etmədiyini irəli sürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA