Bədxərcliyi Şəbnəmin Röyaya çatmasına mane olub

img

19-07-2012 [07:13]


İnternetdə Şəbnəm Tovuzlu adı ilə təqdim edilən ifaçının mahnılarının çox sayda insan tərəfindən dinlənilməsinin şahidi oldum. Reklamının az olmasına baxmayaraq, geniş dinləyici kütləsi toplaya bilən bu xanımla görüşmək qərarına gəldik. 5 ildir səhnədə olduğunu deyən Şəbnəm xanım açıqlamasında ilk növbədə musiqi təhsilinin olduğunu, xanəndəliyi bitirdiyini vurğuladı: "3 il Rusiyada yaşadığım müddətdə mahnılarımın sevildiyindən xəbərsiz olmuşam. Bunu belə həddə gözləmirdim. Tovuz telekanalında ilk çıxışımdan sonra mənə maraq daha da artdı. Yəqin mahnılarımla, səsimlə insanların ürəyinə toxuna bilmişəm. Efirdə az olsam da, sevənlərim, toylarım yetərincədir". Bu yaxınlarda "Səbuhi" studiyasında çıxan "Unut məni" adlı albomunun artıq satışda qalmadığını deyən müğənninin sözlərinə görə, sözləri və musiqisi gənc bəstəkar Aydın Aslana məxsus "Sevənlər ölməz" adlı mahnısı xüsusilə sevilir. Ş.Tovuzlu zahirən məşhur türk müğənnisi Sibel Cana bənzədiyini də etiraf etdi: "Bunu mənə çoxları deyir. Hətta "odnoklassnik"də türk dostlarım yazırlar ki, sizə Azərbaycanın Sibel Canı deyə bilərikmi? Sonuncu albomumun üzərindəki fotoda da Sibel Cana bənzədiyimi deyirlər. Bununla fəxr edirəm. Çünki onun səsi də, özü də, səhnə mədəniyyəti də gözəldir. Yeri gəlmişkən, Sibel Canın repertuarından "Berivanım", "Kanasın" kimi mahnıları ifa etmişəm. Bunlar asan mahnılar deyil və hər müğənni ifa edə bilməz". Şəbnəm xanımın sözlərinə görə, tənbəlliyi və bədxərcliyi daha populyar olmasına mane olur: "Xalq ulduzu" müsabiqəsində iştirak etmək istəyirdim, amma tənbəlliyimə görə, alınmadı. Həm də çox bədxərcəm. Qır-qızılı, geyimi sevənəm. Xərclərimi sənətimə yönəltsəydim, çoxdan Natəvan Həbibi, Röya kimi tanınmışdım". Ş.Tovuzlu "Unut məni" adlı lirik mahnıya klip çəkdirmək niyyətində olduğunu da bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA