Yazar Nuri Milli Kino Mükafatı ilə təltif edilib

img

19-07-2012 [04:45]


Azərbaycanın xalq artisti Yaşar Nuri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibliyi tərəfindən təsis edilmiş Milli Kino Mükafatı ilə təltif edilib. İttifaqdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bununla bağlı qərar ARKİ-nin bu gün keçirilən IV iclasında qəbul olunub. Xalq artistinə bu mükafat 2 avqust Kino Günündə təqdim ediləcək. İclasda, həmçinin 2 avqust kino işçilərinin peşə bayramı - Kino Günü ilə bağlı hazırlıq işləri müzakirə edilib. Bundan başqa iclasda fəxri adlara təqdimat, İttifaqın əsasnaməsi, strukturu və üzvlüyə qəbul məsələləri müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA