Mehriban Əliyeva Səbinə Babayeva ilə Alim Qasımovu təbrik edib

img

10-07-2012 [11:10]


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında Bakıda keçirilən ?Eurovision-2012? mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Xalq Artisti Alim Qasımov və Səbinə Babayeva ilə görüşüb. Mehriban Əliyeva Alim Qasımov və Səbinə Babayevanı müsabiqənin finalında uğurlu çıxışlarına görə təbrik edərək deyib: ?Siz bizim mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiniz. Bunu həm çıxışınız, həm də müsabiqənin yekunlarına görə layiq görüldüyünüz yüksək yer təsdiqləyir?. Birinci xanım 57-ci ?Eurovision? mahnı müsabiqəsinin ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini və bunun hələ də dünya mətbuatının gündəmində olduğunu vurğulayıb və qeyd edbi ki, ölkəmizin bu müsabiqədə iştirakının təşəbbüskarı da Heydər Əliyev Fondu olub. Azərbaycanın ?Eurovision? mahnı müsabiqəsində layiqincə təmsil olunmasının Fond tərəfindən daim arzulandığını deyən Mehriban Əliyeva ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu bildirib. Fondun prezidenti Azərbaycanın ?Eurovision? müsabiqəsində həmişə yüksək yerlərdə qərarlaşdığını diqqətə çatdırıb. Azərbaycanı ?Eurovision-2012?də təmsil edən Xalq Artisti Alim Qasımovu və Səbinə Babayevanı bir daha təbrik edən Mehriban xanım Əliyeva bu müsabiqənin onlar üçün gələcək fəaliyyətlərində yeni imkanlar açdığını qeyd ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA