Quba intellektual Klubu təsis edilib

img

10-07-2012 [10:52]


[b]Quba şəhəri və ətraf kəndlərdə intellektual oyunların populyarlaşdırılması və inkişaf etdirilməsi məqsədi ilə YURD İntellektual Gənclərin İnkişafına Yardım İctimai Birliyi və Xəzər İntellektual Gənclər Klubu Qubada intellektual klub təsis ediblər. Yeni yaradılan klubda Nə? Harada? Nə zaman?, Breyn-rinq, Fərdi Oyun və Xəmsə milli intellektual oyunu üzrə yarışlar keçiriləcək. Klubun ilk oyunu iyul ayının 15-də təşkil olunacaq. İlk oyun günündə Nə? Harada? Nə zaman? və Xəmsə milli intellektual oyunu üzrə yarış keçiriləcək.[/b] Quba İntellektual Klubu Azərbaycan İntellektual Oyunlar Federasiyası (AİOF) ilə sıx əməkdaşlıq edəcək. 14 iyulda Qubada baş tutacaq yarışda Bakıdan Qubaya ezam olunacaq təcrübəli bilicilər qubalı gənclərə intellektual oyunlar barədə məlumat verəcək və onlara qələbə qazanmağın yollarını öyrədəcəklər. YURD İntellektual Gənclərin İnkişafına Yardım İctimai Birliyi sədri Ramin Mahmudovun sözlərinə görə, təşkil olunacaq turnir qubalı gənclərin ictimai aktivliyini təmin edəcək və onların intellektual inkişafında yardımçı olacaqdır. AİOF-un icraçı direktoru Seymur Teymurov isə Quba İntellektual Klubuna uğurlar arzu edərək qeyd etdi ki, AİOF Azərbaycan gəncliyi 2011-2015-ci illər dövlət proqramının icrası istiqamətində regionlarda gənclərin intellektual klublarının yaradılmasına yardımçı olmaqla, digər regionlarda da bu işi davam etdirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA