Kamran Həsənli: ?Qonzularım məndən zikayət etməyib, xəbər yalandır?

img

10-07-2012 [05:51]


Azərbaycanın populyar şoumeni Kamran Həsənli polisə verilib. Şoumen şovinistlikdə günahlandırılır, İddia olunur ki, Həsənli qonşusunda olan rus qonşusuna təzyiq edərək Azərbaycanı tərk etməsini tələb edir. Bunun üstündə ailəsi ilə birlikdə həmin ailəyə hücum da edib. Qonşular isə K. Həsənlinin hərəkətinə etiraz olaraq ona qarşı birləşiblər və rus ailəsinin müdafiəsinə qalxıblar. Rus ailəsi isə problemdən yaxa qurtarmaq üçün Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə şikayət edib. Hazırda araşdırma aparılır. Şoumen Kamran Həsənli ?musavat.com?a açıqlamasında bildirdi ki, yayılan xəbər dezinformasiyadır: ?Mənim haqqımda heç bir şikayət-filan yoxdur. Mən heç bir qonşumla da dalaşmamışam?. Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən də bildirdilər ki, bölməyə Kamran Həsənli barədə şikayət daxil olmayıb. Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov isə məzuniyyətdə olduğundan bu barədə xəbərsiz olduğunu vurğuladı. Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA