Yazar Nurinin həyat yoldazı nə deyir? - YENiLƏNiB

img

08-07-2012 [04:52]


Türkiyədə uzun müddətli müalicədən sonra iyunun 23-də Azərbaycana qayıdan xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri yenidən xəstəxanaya yerləşdirilib. Aktyorun hərarəti qalxıb, təngnəfəslik yaranıb. Bu səbəbdən Y.Nuri Bakıdakı Mərkəzi Gömrük Xəstəxanasına aparılıb. Aktyor reanimasiya şöbəsinə yerləşdirilib. Aktyorun səhhəti ilə bağlı açıqlama verən Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım deyib ki, əvvəlcə gecə boğaz ağrıları olub: "Hərarətinin qalxa biləcəyindən ehtiyatlandığımız üçün dərhal İstanbuldakı həkimi ilə telefon əlaqəsi yaratdıq. Qızdırma əleyhinə dərmanlardan almağı tövsiyə etdi. Dərmanı əldə edə bilmədiyimiz üçün Gömrük Xəstəxansındakı həkimləri ilə əlaqə saxladıq. Sırf bu səbəbdən gecə ilə xəstəxanaya yatırdıq. Şükürlər olsun ki, vəziyyəti yaxşıdır. Gələn həftənin ikinci günü evə buraxılması gözlənilir?. Rəhimə xanım onu da bildirdi ki, Y.Nurini sonuncu dəfə müayinədən keçirməkdən ötrü iyulun 10-da İstanbula uçacaqlar: ?Biletlərimiz hazırdır, amma ola bilər ki, həkimlər Yaşarı bir-iki gün xəstəxanada saxlasınlar. İstənilən halda, müayinə üçün İstanbuldakı Amerika Xəstəxanasına gedəcəyik. Bu, çox vacib müayinədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA